İzahlı lüğət

NİHAN

sif [fars.] klas. Gizli, məxfi, örtülü; gizli saxlanmış. Varımdı sinədə dərdü-qəminihan, ölürəm.. X.Natəvan. Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim? C.Cabbarlı. Nihan etmək (eyləmək) - gizlətmək, gizli saxlamaq, üstünü örtüb gizləmək. ..Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar; Göz ucuyla hər kimə eylər nihan ima pəri! M.P.Vaqif. Nihan olmaq - gizlənmək, itmək, görünməz olmaq. Cəmalın gözümdən nihan olalı; Istərəm baxmayım dünyayə, Pəri! M.P.Vaqif. Günəşin axırıncı zərrələri; Ufüqün arxasında oldu nihan. C.Cabbarlı. Nihan saxlamaq (tutmaq) - gizli saxlamaq, məxfi saxlamaq, gizlətmək, heç kəsə bildirməmək. Tənha səfər etmə, gəl apar canımı, əmma; Bu sirri nihan saxla, məbada bilə zülfün. M.Ə.Sabir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed