İzahlı lüğət

NİGARAN

sif və zərf[fars.] Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu” . [Soltan bəy:] Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. Ü.Hacıbəyov. [Mirzə Məmmədqulu:] Məşədi Qulamhüseyn, mən evdən çox nigaranam. C.Məmmədquluzadə. □ Nigaran qalmaq - bir adamın və ya bir işin tərəfindən narahat olmaq, təşvişdə qalmaq. [Qönçə:] Cavad, nə üçün nigaran qalırsan? Mənim üç gün burada qalmağımın nə zərəri var? B.Talıblı. [Səməd kişi:] Ay Rüstəm, sən Allah, bircə evə xəbər ver ki, 0ahmuradı şəhərə apardım, nigaran qalmasınlar.. T.Ş.Simurq. Nigaran qoymaq - təşvişə salmaq, rahatsız etmək, narahat etmək. ..Tapdıq öz dostunu heç vaxt nigaran qoymazdı. Ə.Əbülhəsən. Bu cavab Salamı.. daha da nigaran qoydu. Mir Cəlal. Nigaran olmaq - b a x nigaran qalmaq. [Gülsüm xala:] ..Canım sənə qurban, ay bala, bilmirsən nə qədər səndən nigaran olmuşam? E.Sultanov. [Ataş] əmisindən nigaran olduğu kimi, əmisi oğlanlarından da çox incimişdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed