
NƏŞƏLİsif. 1. Şən, şad, fərəhli. Ceyran çox nəşəli görünürdü, danışır, gülür, əylənirdi. S.Hüseyn. Bu gün nəşəlidir söylədiyim qız; Bir qızartı çöküb yanaqlarına. S.Vurğun. Könüllər nəşəli, ürəklər sərin; Bülbül kimi ötür şirin dillərin. R.Rza.
Ürək açan, ləzzət verən, zövq verən; xoş, gözəl. Nəşəli yer. - Gedirəm, yolum dağdı; Gör nə nəşəli bağdı; Çəkərəm yar qəhrini; Nə qədər canım sağdı. Sarı Aşıq. Ancaq birdən gözlənilməz bir hadisə bizim bu qızğın, nəşəli ovumuzu yarımçıq qoydu. M.Rzaquluzadə. Yüngülcə kefli, məst. // Zərfi mənasında. Nəşə ilə, ləzzətlə. [Yaşlı kişi] nəşəli bir qullab vurub tüstüsünü başından yuxarı sovuraraq, hekayəsini davam etdirməyə başladı. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|