NƏŞƏTis. [ər.]: nəşət etmək - törəmək, əmələ gəlmək, hasil olmaq, vücuda gəlmək, zahir olmaq, irəli gəlmək. Qüvvətə bağlıdır aləmdə həyat; Qüvvətdən nəşət edir mövcudat. A.Səhhət. Gövhərtacın mərəzinin istəklisinin fərağından nəşət etdiyini heç kəs bilmirdi. Ə.Haqverdiyev. [Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından nəşət edən bir qırmızılıq, gözlərində bir dərinlik mövcud idi. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|