
NƏZƏRİsif [ər.] 1. Nəzəriyyəyə əsaslanan, nəzəriyyə olan, nəzəriyyə ilə əlaqədar, nəzəriyyə əsasında qurulmuş. Nəzəri əsər. Nəzəri məqalə. Nəzəri nəticə. - [Zeynal] musiqinin, şeir və ədəbiyyatın bəzi nəzəri cəhətlərini bilirdi. S.Hüseyn. [Yunis] nəzəri dərslərdən gözəl imtahan verdi. Mir Cəlal. Mücərrəd məntiqi və ya riyazi hesablamalar yolu ilə alınan. Nəzəri hesablama. // xüs. İlkin əsaslara, şərtlərə görə mümkün ola bilən, nəzərdə tutulan. Maşının nəzəri məhsuldarlığı. Nəzəri məsələlərə həsr olunan, nəzəri məqsəd daşıyan. Nəzəri konfrans. Nəzəri məruzə.
Paylaşın - Hamı bilsin
|