İzahlı lüğət

NƏTİCƏ1

is. [ər.] 1. Bir işdən, hadisədən və s.-dən doğan, çıxan hər hansı başqa bir hadisə və ya vəziyyət, hal; son, aqibət. Işin nəticəsi. Təcrübənin nəticəsi. - ..Əlbət ki, bunun bir nəticəsi olacaq, yoxsa bu işlər özbaşına deyil.. C.Məmmədquluzadə. Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Çəmənzəminli. □ Nəticə bağlamaq bax nəticə vermək. Bədbəxt cavanın yuxusu tezliklə nəticə bağladı. İ.Musabəyov. Nəticə çıxarmaq - müəyyən bir fikrə, qərara, nəticəyə gəlmək, ibrət dərsi almaq. [Mirzağa] Cəmilənin hər bir hərəkətinə, sözünə ayrıca əhəmiyyət verir, öz faydasına olaraq ondan bir nəticə çıxarırdı. S.Hüseyn. [Sevinc:] ..Mən elə bilirdim ki, sən bugünkü iclasdan özün üçün həmişəlik bir nəticə çıxaracaqsan. Z.Xəlil. Nəticə vermək (çıxmaq, hasil olmaq) - bu və ya digər nəticəsi olmaq, bir şeylə bitmək, qurtarmaq. Deyirlər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, lakin bir nəticə hasil olmamış idi. Ə.Haqverdiyev. Qonşumun bu iftirasından bir nəticə çıxmayacağını bilib, bu barədə ona heç bir söz demədim. S.Rüstəm. Nəticəyə gəlmək - müəyyən bir qərara, qənaətə gəlmək. Həkim .. müayinə edir, heç bir nəticəyə gələ bilmirdi. Bayramov. // Nəticədə şəklində, zərf mənasında: axırda, sonda, nəhayətdə. [Şeyda mürəttiblərə:] ..Mərhəmət xülyalarilə sürünəcək olsanız, nəticədə zillət və səfalətdən başqa bir şey bulmazsınız. H.Cavid.
2. Bir əsərin, məqalənin və s.-nin əsas məzmununun, mahiyyətinin qısaca xülasəsi, yekunu. Kitab bir müqəddimə, beş fəsil və bir nəticədən ibarətdir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NOM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed