NƏZAKƏTis. [ər., əsli fars.] 1. Tərbiyə, ədəb, mərifət; ədəb qaydaları. [Müəllimin] özündən ədəb və nəzakət xaricində heç bir hərəkət baş verməmişdi. S.Hüseyn. Xəlil məqsədinə nail olacağını duyaraq nəzakətini bir qat daha artırdı. Çəmənzəminli.
Zəriflik, incəlik, lətafət, naziklik, gözəllik. Cismi dolu, nazik bədəni, beli; Görməmişəm dilbər bu nəzakətdə. M.P.Vaqif. Nəzakətlə şəklində zərf- ədəblə, ədəb qaydalarını gözləyərək. Nəzakətlə cavab vermək. Nəzakətlə yer göstərmək. Paylaşın - Hamı bilsin
|