NOVRUZis. [fars. yeni gün] Baharın girdiyi ilk gün (martın 22-nə uyğun gəlir). Hər gün açır könlümü zövqi-visalın yengidən;
Gərçi güllər açmağa hər ildə bir novruz olur. Füzuli. // Həmin gün edilən bayram. Ax, gözəl bayram, ax gözəl novruz! Ax min-min balaca uşaqların qəlblərini şad edən novruz! C.Məmmədquluzadə. Novruz bayramında qız üçün bayram xələti, novbar meyvə, yemiş alıb göndərərdilər. H.Sarabski. Paylaşın - Hamı bilsin
|