İzahlı lüğət

NİŞANLAMAQ

f 1. Cizgi, nöqtə və s. vasitəsilə nişan qoymaq, başqalarından fərqləndirici işarə qoymaq. Kitabın səhifələrini nişanlamaq. Pəncərəni nişanlamaq. - Turab Rəşidi buraxıb, qızın dalınca getdi, onun girdiyi evi nişanladı. M.Hüseyn.
Ad eləmək, üzük taxmaq, adaxlamaq. Üç gün sonra “getmirəm” - deyə ağladığına baxmayaraq, [Gülzarı] nişanladılar. C.Cabbarlı. Nişanaya almaq, tuşlamaq. [Dursun] ..özünü toplayıb geri dönür və ayını nişanlayıb iki qolları arasından vurur. A.Şaiq. Qabaqda, düşmənin komandanını; Xumar nişanlayıb “tökdü qanını” . S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NOV

NUN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed