İzahlı lüğət

NİYYƏT

is. [ər.] 1. Məqsəd, məram, qəsd. Oxumaq niyyəti var. Niyyətini demək. Ov niyyətində olmaq. - Niyyətin hara, mənzilin də ora. (Ata. sözü). [Fərraşbaşı:] Bəli, Hacı Rəcəbəli Ağa Mərdan və Ağa Salmanın niyyətini duyub, şahzadəyə bildirmişdi. M.F.Axundzadə. □ Niyyət etmək (eləmək, qoymaq) bir iş görmək arzusunda, məramında olmaq. [Sitarə:] Gəl toyumuz barəsində niyyət eləyək, gedək bayıra, qulaq asaq, görək kim nə eşidər. C.Cabbarlı. [Fərəc:] Yox, niyyət eləmək azdır, Fizzə xanım, gərək ümumi iş uğrunda mübarizə edəsən! Ə.Məmmədxanlı. Niyyətdən düşmək - bir işi yerinə yetirmək fikrindən əl çəkmək, məramından vaz keçmək. [Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toyxərci hazır edim. M.F.Axundzadə. Niyyəti yerinə gəlmək (baş tutmaq) - arzusuna çatmaq, məramına, məqsədinə yetmək.
Tale atanın xətrini sındırmadı, Kərimbəyin niyyəti yerinə gəldi. Mir Cəlal. ...niyyətinə düşmək - bir şeyin qəsdində olmaq, bir şeyi məqsəd kimi qarşısına qoymaq, özünə məqsəd etmək. [Xəlil] o zaman Xədicəyə rast gəlmiş, evlənmək niyyətinə düşmüşdü. Çəmənzəminli. Niyyətlə şəklində zərf - ...məqsədlə, ...arzusu ilə, qarşısına məqsəd qoyaraq (əsasən, “o” , “bu” işarə əvəzlikləri ilə işlənir). Girdim bağa üzümə; Tikan batdı dizimə; Niyyətlə evdən çıxdım; Yar göründü gözümə. (Bayatı). Lotular bu niyyətlə evdən çıxıb padşahın imarətinə tərəf gəlməkdə oldular. “Aşıq Qərib” . [Mozalanbəy:] Mən Qafqazı səyahət edirəm və bu niyyətlə Gəncəyə gəlmişəm. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed