
NAR1is. [fars.] Içərisində şəffaf pərdə ilə örtülmüş çoxlu turş, meyxoş və ya şirin dənələri olan sərt qabıqlı girdə meyvə. Gülöyşə nar. Şirin nar. Qırmızı nar. - Nar kollarının arasında üç əsgər söhbət edirdi. Ə.Əbülhəsən. // Bu meyvənin al-qırmızı rəngli gül açan tikanlı ağacı. □ Nar kimi - qırmızı, qıpqırmızı. Nar kimi qızarmaq. Nar kimi yanaq. - [Atası] oğlunun pəncərəsinin yanından ötərkən nə gördü: oğlunun sifəti nartək qızarmış, gözləri böyümüş(du). Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|