
NANis. [fars.] klas. Çörək. Kəl qoşub kotan əkməyən; Nanın süfrəyə tökməyən; Arının qəhrin çəkməyən; Balın qədrini nə bilir? “Koroğlu” . Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq. M.Ə.Sabir. Olmur, qoy olmasın quru bir nanın, ay yazıq; Işlə çıxınca cisimdəki canın, ay yazıq! Ə.Nəzmi.
Paylaşın - Hamı bilsin
|