
NAMEHRİBANsif. və zərf [fars. na... və ər. mehriban] Mehriban olmayan, soyuq olan; sərt, şəfqətsiz. Əzəl gün mehr edərdin ta könül oldu giriftarın; Dönüb, ey səngdil, daşə, əcəb namehriban oldun. S.Ə.Şirvani. Rüstəm kişinin sözləri qiyabi olaraq Mayanın ürəyində Qoşatxana qarşı namehriban bir duyğu oyatmışdı. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|