
NAMƏRDLİKis. Alçaqlıq, nakişilik; xainlik, xəyanət, vəfasızlıq, əhdi pozma. [Süleyman:] [Qızı] elə gəlmişkən özüm üçün istəyim! Yox, bu, yoldaş haqqında namərdlik olar. Ü.Hacıbəyov. Cavan bir adamın arzusunu könlündə qoymaq namərdlik olar. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|