.....i_l_by_id_with_comments NAMİZƏD sözünün izahı / NAMİZƏD sözünün mənası

İzahlı lüğət

NAMİZƏD

is. [fars.] 1. Bir vəzifəyə, yerə seçilmək, irəli çəkilmək, təyin və ya qəbul olunmaq üçün adı göstərilən şəxs. Deputatlığa namizəd. - [2-ci qadın:] Biz səni kənd Şurası sədrliyinə namizəd seçmişik. Ə.Haqverdiyev. Məcnun roluna ən yaxşı namizəd Hüseynqulu idi. S.Rəhman.
İlk, kiçik elmi dərəcəsi olan şəxs. Filoloji elmlər namizədi. Tibb elmləri namizədi.
köhn. Nişanlı, adaxlı, ad olmuş. [Nisə xanım:] O, xana bildirəcəkdir sən guya onun namizədinə göz dikirsən.. M.F.Axundzadə. [Hambal:] Məşədi, deyəsən, qızın iki namizədi vardır. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NOV

NUR

......
....