İzahlı lüğət

NAM

is. [fars.] 1. Ad. Koroğlu namın götürən; Yurdunda son olan yoxdu. “Koroğlu” . Qəm yemə, təxfif ver amalına; Az çəkər, heykəl yaparlar namına. A.Səhhət. [Nümayəndə:] Torpaq komissarlığı namindən xəlayiqin səhhətinə bais olası bu suyun lentini kəsirəm. Ə.Haqverdiyev. □ Nam almaq (çıxarmaq) - şöhrət qazanmaq, məşhur olmaq, adı çıxmaq. Qəflətdə yatıb, ad batırıb nam alırız biz; Başa yumruq zolladırız, kam alırsız biz. M.Ə.Sabir. Naminə şəklində tənt. - xatirinə, xatiri üçün, şərəfinə, uğrunda, ...üçün. Insan səadəti naminə quruculuq, yaradıcılıq uğrunda mübarizə. - Bütün xalq .. böyük məqsəd naminə çalışır. M.İbrahimov. Dağ əzəmətli tanklar düşmənə hücum edir; Qopur “ura” səsləri azad vətən naminə. Ə.Cəmil.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NEN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed