
NAQİSLİKis. 1. Qüsurluluq, natamamlıq; qüsurlu, nöqsanlı olma. [Şagirdin] zəifliyi öz təbiətindən yox, bizim tərbiyə üsulumuzun naqisliyindən irəli gəlirmiş. M.Hüseyn.
2. Naqis olma, eyiblilik, eyib və qüsuru olma. Bir qadın kimi [Səidənin] zahiri görkəmində böyük naqisliklər vardı. B.Bayramov. Paylaşın - Hamı bilsin
|