İzahlı lüğət

NAQABİL

sif [fars. na... və ər. qabil]
Nalayiq, yersiz, münasibətsiz. Müdir cənablarına minnətdar olub, naqabil sözümdən üzr istəyirəm. Mir Cəlal. [Nənəqızın] dilinə naqabil kəlmə gəlməz, ağzından tikanlı söz çıxmazdı. Ə.Vəliyev. // İs. mənasında. Nalayiq, ləyaqətsiz adam; qanmaz. Nə işim var, naqabilə söz deyəm, damağına ya dəyməyə, ya dəyə. (Məsəl). Əlli min suxtə, əlli min sail; Əlli min hoqqabazi-naqabil. S.Ə.Şirvani.
İmkansız, mümkün olmayan; çətin, mahal. O, naqabil bir işdir.
Əxz etməyə, götürməyə qabiliyyəti, istedadı olmayan; qeyri-qabil. Tərbiyəyə naqabil.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed