
NAQQALsif. Çox, boş-boş danışmağı sevən; lağlağı, boş-boğaz, gəvəzə, çərənçi. Naqqal adam. - Bu şəhərin arvadları çox dilli-ağızlı, özləri də çox naqqaldırlar. “Mol. Nəsr.” . // İs. mənasında. Nəfs deyir: baxma naqqal sözünə; Xeyrin gələn yerə ar eyləməynən. Aşıq Ələsgər. Indi də daş kimi dilsiz oturan adam danışdı: - Bu naqqal haradan gəlib çıxdı, baş-qulağımızı apardı. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|