İzahlı lüğət

NALƏ

is. [fars.] Ah-zar, inilti, sızıltı, fəryad, fəğan. Seyyid, aşiq olanı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani. Məsum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı. S.S.Axundov. □ Nalə etmək (çəkmək, qoparmaq) - fəryad etmək, inləmək, ağlamaq. [Dərviş:] Qızım, neçə gün və neçə gecədir sən burada nalə edirsən?.. Ə.Haqverdiyev. Fəqət yenə ana qəlbi ayrılmamış övladından; Gecə-gündüz çörək deyib nalə çəkmiş hər laylası. S.Vurğun.
□ Naləsi ərşə çıxmaq - ucadan ağlamaq, ah-zar etmək, fəryad etmək. [İmran:] O gün, yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed