
NALAYİQsif [fars. na... və ər. layiq] Layiq olmayan, yaraşmayan, layiqsiz. Nalayiq hərəkət. Nalayiq söz. - [Müəllim:] Uşaqlarınıza nəsihət edin, belə nalayiq hərəkətlərdən əl götürsünlər. Ə.Haqverdiyev. ..Amma bununla belə, yenə də əvvəlki kimi [Tükəzbanın] dalınca nalayiq sözlər söylənilirdi. B.Talıblı.
Paylaşın - Hamı bilsin
|