
NAQİSsif. [ər.] 1. Tam və mükəmməl olmayan, yarımçıq, natamam, əskik. Naqis kitab. Naqis məktub. - Çağırdı yarımı əğyar, qaldı ülfəti naqis. S.Ə.Şirvani.
Eyib və qüsuru olan; nöqsanlı, eyibli, qüsurlu. Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idi. Ə.Vəliyev. □ Naqis etmək - nöqsanlı etmək, şikəst etmək. [Həsən ağa:] Hüsnü xanım mənə yalvararaq: - Nə üçün məni naqis edirsən? - dedi. M.S.Ordubadi. riyaz. köhn. Çıxma əməli. Beş naqis iki elər üç. Paylaşın - Hamı bilsin
|