
NADİRsif. [ər.] Aztapılan, az təsadüf edilən, az ələ düşən. Nadir kitab. Nadir əlyazması. Nadir şey. - Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. Nadir hallarda - arabir, hərdənbir, təsadüfən, təkdənbir, çox seyrək, az. Tərlan adətən nadir hallarda əsəbiləşirdi. M.Hüseyn. “Baş üstə” sözünü nadir hallarda dilinə gətirən Rüstəm kişi bu dəfə ürəyindən keçsə də demədi.. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|