İzahlı lüğət

NADAN

sif [fars.] 1. Cahil, avam, biliksiz, geridə qalmış, məlumatsız. Nadan adam. Nadanın biridir. - Ağıllı düşmən nadan dostdan yaxşıdır. (Ata. sözü). Ey nadan mollaların sözünə qulaq asıb, məndən bir neçə günlüyə üz çevirən camaat! C.Məmmədquluzadə. // İs. mənasında. Sənə Vaqif kimi dərd bilən gərək; Layiq görməm hər nadanı mən sənə. M.P.Vaqif. Mən Zakirəm, budur sözüm, söhbətim; Nadan ilə hərgiz olmaz ülfətim. Q.Zakir. Fikrimi verməm əbəs, siz kibi nadanlara; Sövq edəsiz oğlumu bir para hədyanlara. M.Ə.Sabir.
Xəbərsiz, bixəbər, qafil. [Həcər:] Özünü tez yetir, ay nadan Nəbi! Tüfəngi havada oynadan Nəbi! “Qaçaq Nəbi” . Öz həddini bilməyən; qaba, kobud, qanmaz. Nadan adam. Nadan (z.) hərəkət etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed