
NAÇAQsif. [fars.] bax nasaz 1-ci mənada. Neçə ildir naçağam. - Qarınqulu yeməkdə qoçaq olar, köməkdə naçaq. (Məsəl). [Tarverdi:] ..Mən iki aydır azarlıyam, üç ildir naçağam! M.F.Axundzadə. Bir gün sağ olursan, yeddi gün naçaq; Övrətlər bağrını üzər, ağlarsan. M.V.Vidadi.
Paylaşın - Hamı bilsin
|