
NAGÜMANsif. [fars.] Gümanı olmayan, inanmayan, ümidsiz. Nagümanam mən bu dərddən sağalım; Təbib birdir, dərd min birdir, yarə yüz. Aşıq Qurbani. □ Nagüman etmək (eləmək) - ümidsiz etmək, arzusunu ürəyində qoymaq. Sapan tək atma məni; Yadlara satma məni; Yolunu gözləyirəm; Nagüman etmə məni. (Bayatı).
Paylaşın - Hamı bilsin
|