İzahlı lüğət

NABƏLƏD

sif. və is. [fars. na... və ər. bələd] 1. Bələd olmayan, tanımayan, başqa yerdən gəlmiş. Nabələd kor olar. (Məsəl). [Qəhrəman:] Qardaş, bunlar hər kəsdisə nabələd adama oxşayırlar. C.Məmmədquluzadə. Veys də, Zeynal və o biri üç nəfər də bura nabələd adam deyildilər. Ə.Əbülhəsən. Nabələd olmaq - bələd olmamaq, bilməmək, tanımamaq. Həcər Qaradağ ətəklərinə nabələd olduğundan bir baş üzüaşağı enmiş,.. bura ilə irəliləmişdi. S.Rəhimov. Onun yerli olmadığını, yerli məişət və adətlərə nabələd olduğunu zənn etmişdim. Mir Cəlal.
Tanış olmayan, yad, özgə. [Keşikçi:] Vallah, paşa sağ olsun, kövşəndə üç nabələd adam var. “Koroğlu” . Yetişmiş qızı olan bir ailəyə nabələd bir arvadın gəlib bəhanə ilə soxulması ev adamını şəkkə salardı. R.Əfəndiyev.
Hələ öyrəşməmiş, vərdiş olmamış, alışmamış. Işə nabələddir. Hələ mühitə öyrənməyib, nabələddir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

N

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed