
NAGAHAN[fars.] 1. Bax nagahani. ..Orada cavanlar nagahan bəlalara düçar olurlar.. C.Məmmədquluzadə. ..Hələ ömrümdə belə nagahan şey görməmişəm. S.Rəhimov.
zərf Gözlənmədən, birdən-birə, qəfildən, xəbərsiz. Nagahan küçədə ucaldı səda; Vur-haray düşdü, qopdu bir qovğa. M.Ə.Sabir. [Şeyx Hadi:] Nagahan başlayıb vəba, taun; Sardı ətrafı, xəlqi etdi zəbun. H.Cavid. Günlərin birində öz evində yaşadığı vaxtda, nagahan, Həsən yenə də azarladı.. B.Talıblı. Paylaşın - Hamı bilsin
|