
NAŞÜKÜRsif. [fars. na... və ər. şükür] Yaxşılığa qiymət verməyən, yaxşılıq bilməyən; qədirbilməz, nankor. Naşükür adam. [Şəhrəbanu xanım:] Bu fırənglər necə naşükür xalq olurmuşlar. Heç yaxşılıq bilməzmişlər. M.F.Axundzadə. [Cəmil:] Axı mənə deyən gərək, sənə nə düşüb ki, naşükür adama yaxşılıq edirsən? M.Hüseyn. □ Naşükür olmaq - edilən hörmətdən, yaxşılıqdan məmnun qalmamaq, heç bir şeydən razı düşməmək, öz taleyindən şikayətçi olmaq, yaxşılıq bilməmək. [Piri baba:] Yasəmən, səbr et, naşükür olma! S.S.Axundov. [Qacar:] Yaxşı, gəl əl götür bu inadından; Bu qədər naşükür olmasın insan. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|