
NATAMAMsif. [fars. na... və ər. təmam]
Bitməmiş, qurtarmamış, axıra çatdırılmamış, başa vurulmamış, yarımçıq qalmış. Natamam bina. Natamam əsər. - [Kamil:] Amma iş orasındadır ki, xəritə natamamdır, hələ hazır deyil. M.Süleymanov. □ Natamam cümlə qram. - əsas üzvlərinin biri və ya ikisi buraxılmış cümlə. 2. Qüsurlu, kəsirli, nöqsanlı. Natamam iş. Yari-müvafiq olmasa, meydən nə faidə; Mey bəzmi birəfiq ola gər, natəmamdır. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|