
NATARAZsif. [fars.] 1. Kobud(ca), yekə, biçimsiz. Nataraz adam. - Pəri xanım gözlərini açıb gördü ki, evin ortasında nataraz birpəhləvan oturub. (Nağıl). [Qurban:] Çox böyük işə girişirsən, Telli, orada elə nataraz kötüklər var ki. Ə.Məmmədxanlı. // Ümumiyyətlə, iri, yekə, cüssəli, azman. Deyirlər ki, [Koroğlu] çox nataraz adamdı. “Koroğlu” .
2. məc. Kobud, yöndəmsiz, yonulmamış, yontalanmamış. Natarazın (is.) biridir. Paylaşın - Hamı bilsin
|