İzahlı lüğət

NATƏMİZ

sif. və zərf [fars. na... və ər. təmyiz-dən] 1. Təmiz olmayan, çirkli, kirli. Natəmiz otaq. Natəmiz yer. - Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. M.F.Axundzadə. Şəhərin natəmiz havasından saralıb heyvaya dönən Nurəddini bir ayın ərzində tanımaq olmurdu. S.S.Axundov.
məc. Qəlbiqara, qeyri-səmimi, xain ürəkli. Ürəkdən natəmiz və bic adamlar nə qədər küt və biliksiz olsa, bəşəriyyət üçün o qədər faydalıdır. M.İbrahimov.
məc. Məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən; əliəyri, əli təmiz olmayan. [Nəcəfalı:] Şahmar deyəndə ki, Hümmət natəmiz adamdır, inanmırdım, şübhə eləyirdim. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed