
NATİQis. [ər.] 1. Nitq deyən, nitq söyləyən; çıxış edən. Natiqlər coşaraq söylər azadlıq; Bir çoxu hayqırır: haqq verin bizə! A.İldırım.
Yaxşı danışmaq qabiliyyətinə malik olan, gözəl danışmağı bacaran, natiqlik məharəti olan. Lütfəli bəy uzunboylu, .. şirindilli və natiq bir adam idi. İ.Musabəyov. Uca kürsülərdən danışanda mən; Həm natiq oluram, həm də dinləyən. B.Vahabzadə. köhn. Danışan, söyləyən, deyən. [Münəvvər:] ..İnsan eşitdiyi sözün natiqinə baxıb haman sözü qəbul edər. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|