
NATÜRA[lat.] 1. inc. Üzündən şəkli çəkilən təbii, canlı nümunə, yaxud şəklini çəkmək üçün rəssamın qabağında duran adam. [İndoneziya rəssamları] nə çəksələr, demək olar ki, hamısı naturadandır, xalq həyatından alınmışdır. M.İbrahimov. // Pavilyondan kənarda kinoşəkli çəkilən təbii şərait, yer. Naturada çəkilən mənzərə. Ödənc vasitəsi kimi pul əvəzinə verilən mal, məhsul və s. borcunu natura ilə ödəmək.
Paylaşın - Hamı bilsin
|