
NAZƏNDƏbax nazənin. Nazəndədilbər. Nazəndə yar. Nazəndə gözəl. // Şairanə təşbehlərdə. Bu sualı verir mənə nazəndə bahar. S.Vurğun. Məhəbbətim səndə, könlüm səndədir; Bahar nə nazəndə, nə nazəndədir. N.Rəfibəyli. Boz dağları meşə örtdü, sahilləri gül; Bağ-bağçaya şeh çilədi nazəndə səhər. Ə.Cəmil.
Paylaşın - Hamı bilsin
|