İzahlı lüğət

NAZİK

sif [fars.] 1. Qalın, yoğun olmayan; incə. Nazik kitab. Nazik təbəqə. - Maya nazik göy adyala bürünərək yuxulayırdı. M.İbrahimov.
Yüngül, zərif materialdan hazırlanmış, qalınlığı az olan. Nazik şüşə. Nazik parça. Bibixanım .. nazik stəkanda kişiyə çay süzdü. Bayramov. // En etibarilə, həcmcə kiçik olan, kiçik dairəli (yoğun müqabili). Nazik məftil. Nazik sap. - Yelkənin dörd tərəfində vurulan nazik dirəklərdən işıqlı fanuslar asılmışdı.. M.S.Ordubadi. ..Külək ağacların ancaq nazik budaqlarını tərpədirdi. H.Seyidbəyli. // Yüngül (qalın müqabili). Nazikpencək. Nazikpaltar. - Firəngizin əynində nazik kofta vardı. B.Bayramov.
məc. İncə, zərif, qəşəng, gözəl. Nazik bilək. Nazik barmaq. - Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altında düz bənövşəni. Qurbani. Cismin nə nazikdir gül bədən kimi; Bir xoş qoxun gəlir yasəmən kimi. M.P.Vaqif. // məc. Zəif, yüngül. Gün yavaş-yavaş batmaqda idi, nazik yel əsirdi. N.Nərimanov.
Arıq, cansız, cılız, zəif. Qazızadədən sonra ucaboylu, qara, qıvrımsaçlı, nazik və arğazvücudlu Ənvər Rəşidli xitabət kürsüsünə yaxınlaşdı. S.Rəhimov.
məc. İncətəbiətli, ədəbli, nəzakətli, incə. [Dəli Teymur:] Hacı ağanın qarnının böyüklüyünə baxma, mirzə! Təbiətcə nazik adamdır. Nəzərli. [Doktor] şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Çəmənzəminli.
məc. İncə. [Qız:] Dik-dik gözlərimin içinə baxaraq əvvəlkindən daha oğrun və nazik təbəssümlə dedi.. H.Nəzərli. Gəldiyev ilə [Vahidin] arasında keçən ildən bəri davam edən nazik bir mətləbi oxucular bilməlidirlər. Mir Cəlal. [Səməd] öz nadanlığından və bu cür nazik mətləbi belə gec düşündüyündən özü-özünə acıqlandı. B.Talıblı.
□ Nazik damarını bilmək (tanımaq) birinin xasiyyətinə, zəif cəhətinə incədənincəyə bələd olmaq, yaxşı bilmək. Gülsəhər ərinin nazik damarını bilirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed