
NOXTALAMAQf 1. Heyvanın başına noxta vurmaq, noxta salmaq. Atı noxtalamaq. - [Alo] Yabını noxtalayıb yekə toxum xurcununun yanına çəkdi. S.Rəhimov.
2. məc. Daim birini öz tabeliyində saxlamaq, özündən asılı etmək, əlində tutmaq; yüyənləmək. [Mustafa bəy:] Indi gərək başımızı noxtalayıb verək oğul-uşaq əlinə. Ə.Haqverdiyev. [Yasavul:] ..Mənim bu keçəl kəlləm, əslində hər zaman [Talıbxanı] noxtalayıb, yedəyində hərləyibdir! S.Rəhimov. Paylaşın - Hamı bilsin
|