İzahlı lüğət

NÜFUZ

is. [ər.] 1. Bir adamın sözü keçmə, hörməti, etibarı, təsiri olma; hörmət, etibar, təsir; avtoritet. Naməlsəm camaatının arasında Əminin nüfuzu gündən-günə artır. N.Nərimanov. Cülus günündə iştirak etmək üçün xəlifə nüfuzu altında olan ölkələrin hökmdarları da öz mühafizə qoşunları ilə bərabər Bağdada gəlmişdi. M.S.Ordubadi. Nüfuz qazanmaq - hörmət qazanmaq, hörməti, etibarı artmaq, avtoritet qazanmaq. Nüfuzdan düşmək - hörməti, etibarı itmək, əvvəlki etibarı qalmamaq. [Xəlil] onun yanında nüfuzdan düşməsin deyə, işi birtəhər, zarafiatla yola vermək istədi, zorla gülümsündü. M.Hüseyn. Nüfuzdan salmaq - hörmətdən, etibardan salmaq, bihörmət etmək, alçaltmaq. [Sadıqov:] Bu məni biabır etməkdir, nüfuzdan salmaqdır. I.Əfəndiyev.
2. Təsir etmə, keçmə, içəriyə işləmə. Nüfuz etmək - təsir etmək, işləmək, keçmək. Qurban .. sümüklərinə qədər nüfuz edən soyuqdan bir yumaq kimi büzüşdü.. A.Şaiq. Onun iti nəzərləri geniş üfüqlərə nüfuz edir. M.Hüseyn. May günəşi elə bil onun ürəyinin içinə qədər nüfuz edir. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NUH

NUN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed