İzahlı lüğət

OCAQ

is. 1. Xörək bişirmək, su, yaxud evi qızdırmaq üçün bir tərəfi açıq, üç tərəfi daşdan, kərpicdən hörülmüş kiçik tikili; ümumiyyətlə, od yandırmaq üçün yer. Ocağa odun qoymaq. Ocaqda xörək bişirmək. - Kərbəlayı Qurban başmaqlarını çıxardıb ocağın qırağında oturdu. Çəmənzəminli. Daxma qaranlıq idi, ancaq ocağın işıltısından künc-bucağı seçmək olurdu. Ə.Vəliyev. □ Ocaq qalamaq - ocağa odun qoyub yandırmaq. Bu, əti doğrayır, o, ocaq basır; Bu, çörək bişirir, o, qazan asır. H.K.Sanılı. [Məzlum Aslana:] Dünən [komendantın] otağında ocaq qalayırdım. S.Vəliyev.
xüs. Sobanın və ya buxar qazanının yanacaq yandırılan yeri, hissəsi. Parovozun ocağı. - Nəhəng ocaqların yeknəsəq uğultusu eşidilirdi. H.Seyidbəyli. //Kirəc yandırılan yer.
din. Pir, müqəddəs yer, ziyarətgah. [Sönməz:] Ərəblər əvvəlləri heç olmazsa böyük mərkəzlərdəki ocaqlara, ibadətxanalara toxunmurdular. C.Cabbarlı. Şəhərdə böyük möcüzələr görünmüşdü, çoxlu ocaqlar, pirlər zühur etmişdi.. Çəmənzəminli.
məc. Doğma ev, ev-eşik, yurd. Göz dikərək yad ellərin şəfa verməz ocağına; Böylə qərib bir parçacıq, kəfənsizmi öləcəyəm? İldırım.
məc. Bir şeyin olduğu, törədiyi, yayıldığı yer; mərkəz; mənbə. Maarif ocağı. Elm ocağı.
□ Ocaq yanmasa tüstü çıxmaz - bir şeyin səbəbsiz olmadığını, bir şey haqqında əsassız danışılmadığını bildirən atalar sözü. Nə isə, ocaq yanmasa tüstü çıxmaz, deyiblər. Bayramov. Ocağını söndürmək (kor qoymaq) - evini xaraba qoymaq, ailəsini dağıtmaq. [Turac Gülsabaha:] Sən neçin bizim ocağımızı söndürürsən? C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OH

OHA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed