İzahlı lüğət

O (ID - 31299)

Azərbaycan əlifbasının iyirmi birinci hərfi. // “O” hərfi ilə işarə olunan saitin adı.
Üçüncü şəxs əvəzliyinin təki; haqqında danışılan və ya göstərilən şəxsi bildirir. O gəldi. - Aşıq Qərib sözün deyər avazla;...

O4 (ID - 31300)

nida. Heyrət, təəccüb bildirir (bəzən təkrar edilərək işlədilir). O! Bu kimdir? O! Bu heç olmadı.

OBA (ID - 31301)

is. 1. Bir neçə evdən ibarət kiçik yaşayış məntəqəsi, kiçik kənd. [Şahmar:] Baharlıdan bura gələndə elə bilirsən, şəhərdən yöndəmsiz bir obaya gəlirsən. B.Bayramov.
2. Köçərilərin, heyvandarların müvəqqəti sakin...

OBABAŞI (ID - 31302)

is. köhn. Obaya başçılıq edən adam, oba ağsaqqalı.

OBAŞDAN (ID - 31303)

zərfi 1. Alaqaranlıq, səhər tezdən, hava açılmamış. Obaşdan oyanmaq. Aslan isə, - vaxt keçir, - deyə obaşdan gedib vağzalı kəsdirib oturdu. C.Cabbarlı. Çiynindən aşırıb boz çantasını; Obaşdan məktəbə bir uşaq gedir. H.Arif....

OBAŞDANLIQ (ID - 31304)

is. Oruc tutan müsəlmanların obaşdanda yedikləri yemək. [Arvad:] Sən gündüzləri oruc tutmursan, gecələri obaşdanlığa durursan. “M.N.Lətif.” Minacat səsinə yuxudan ayılanlar obaşdanlıqla məşğul olub taam yeyirdilər ki, sabah...

OBELİSK (ID - 31305)

[yun. obelisikos, hərfi mənası kiçik şiş] Yuxarıya doğru getdikcə nazikləşən, yonulmuş daş sütundan ibarət abidə. Obelisk qoymaq. Obeliskin açılışı.
ober... [alm. ober - baş, böyük] Bir sıra xarici ölkələrdə bəzi dövlət...

OBERTON (ID - 31306)

[alm. Obertone] mus. Əsas tona xüsusi çalarlıq, tembr verən əlavə ton. Bu [titrəyən] səslər əsas səsi müşayiət edərək, ona nisbətən zil olacaqlar ki, bunlara da oberton deyilir. “İbtidai musiqi” .

OBLAST (ID - 31307)

is. [rus.] Çoxölçülü fəzanın və ya metrik fəzanın yalnız daxili nöqtələrindən ibarət olan əlaqəli çoxluğu.

OBLİQASİYA (ID - 31308)

is. [lat.] Qiymətli kağızların bir növü.

OBLOMOVÇULUQ (ID - 31309)

is. [İ.Qonçarovun “Oblomov” romanının qəhrəmanı Oblomovun adından] Atillik, ifadəsizlik; fəaliyyətsizlik və tənbəllik halı.

OBRAZ (ID - 31310)

is. [rus.] Obyektin insan şüurunda obyektiv inikas forması; surət.

OBRAZLI (ID - 31311)

sif. [rus. oöpa3 sözündən] İfadəli, canlı, aydın (danışıq və s. haqqında). Obrazlı ifadə. Obrazlı (z.) danışmaq. - X.Rza real bədii təsvirə, obrazlı düşüncəyə, ifadə vasitələrinin təravətinə həmişə üstünlük verirdi....

OBRAZLILIQ (ID - 31312)

is. Obrazlı olma; ifadəlilik, canlılıq, aydınlıq (danışıq və s. haqqında). Nitqin obrazlılığı. - Milli və beynəlmiləl münasibətlərproblemi.. dünya ədəbiyyatında öz mütərəqqiliyini, obrazlılığını, nadir əhatəliyini və...

OBSTRÜKSİYA (ID - 31313)

[lat. obstructio - maneçilik] Səs-küy salmaq, məsələyə aid olmayan uzun-uzadı çıxışlar etmək və b. yollarla iclası, yığıncağı uzatmaq və ya pozmaq (əsasən parlament mübarizəsi) üsulu.

OBSTRUKSİONIST (ID - 31314)

[lat.] Obstruksiya iştirakçısı və ya tərəfdarı.

OBSTRUKSİONIZM (ID - 31315)

[lat.] Obstruksiyalar yolu ilə siyasi mübarizə üsulu.
O-BU is. Hər kəs, adamlar. Ondan-bundan soruşmaq. Onun-bunun sözünə baxma. O-bu nə deyər? - Uşaq ona-buna toxuna-toxuna gedirdi. Çəmənzəminli.

OBYEKT (ID - 31316)

[lat. objectum - şey] 1. fəls. Bizdən kənarda və şüurumuzdan asılı olmayaraq mövcud olan xarici aləm, maddi varlıq.
Hər hansı bir şəxsin fəaliyyətinin, diqqətinin və s. yönəldildiyi hadisə, şey; hədəf, mövzu, bəhs. Tədqiqat...

OBYEKTIV1 (ID - 31317)

sif. [lat. objectivus - şeyə aid olan] 1. Şüurdan kənarda və ondan asılı olmayaraq mövcud olan. Təbiətin obyektiv qanunları.
2. Qərəzsiz, tərəf tutmayan, bitərəf. Obyektiv nəticə. Hadisələrə verilən obyektiv qiymət.
□...

OBYEKTİV2 (ID - 31318)

[lat.] Optik cihazın, baxılan və ya fotoşəkli çəkilən şeyə yönəldilmiş bir və ya bir neçə linzadan ibarət hissəsi. Fotoaparatın obyektivi. Mikroskopun obyektivi.

OBYEKTİVCƏSİNƏ (ID - 31319)

zərfiQərəzsizcəsinə, bitərəfcəsinə. Obyektivcəsinə təhqiqat aparmaq.

OBYEKTİVİZM (ID - 31320)

[lat.] 1. Bax obyektivlik 2-ci mənada.
2. İctimai həyatdakı hadisələrə onları passiv surətdə qeyd etmək və beləliklə də onların zəruri olduğunu təsdiq etməyə və doğrultmağa aparıb çıxaran münasibət.

OBYEKTİVLİK (ID - 31321)

is. 1. Bir şeyin şüurdan asılı olmayaraq müstəqil bir obyekt kimi mövcud olması. Xarici aləmin obyektivliyi.
Qərəzsizlik; bir şeyə qiymət verərkən bitərəflik göstərmə. Mühakimənin obyektivliyi.

OCAQ (ID - 31322)

is. 1. Xörək bişirmək, su, yaxud evi qızdırmaq üçün bir tərəfi açıq, üç tərəfi daşdan, kərpicdən hörülmüş kiçik tikili; ümumiyyətlə, od yandırmaq üçün yer. Ocağa odun qoymaq. Ocaqda xörək bişirmək. - Kərbəlayı Qurban...

OCAQÇI (ID - 31323)

is. Ocağa, buxar qazanlarına xidmət edən adam (bax ocaq 2-ci mənada). Hamamın ocaqçısı. - [Babakişi:] Deməli, Atakişi qazançıdır, mən də, türkün sözü, ocaqçı. Cabbarlı. Zakir isə ocaqçını çağırdı və bacalardan çıxan...

OCAQÇILIQ (ID - 31324)

is. Ocaqçının işi, vəzifəsi. Ocaqçılıq etmək. - [Sayad:] Bilmirəm necə deyim ki, sözlərimdən inciməyəsən. Axı, Xəlil hara, ocaqçılıq hara? İ.Məlikzadə.

OCAQXANA (ID - 31325)

is. Buxar qazanlarının yerləşdiyi yer, bina. Ocaqxananı təmir etmək. Ocaqxana isti idi.

OCAQLIQ (ID - 31326)

b ax ocaq 4-cü mənada.

OCIĞAZ (ID - 31327)

əvəz. “O” dan oxş. Ocığaza yazığım gəldi. Ocığaz bərk xəstədir.

OÇERK (ID - 31328)

is. [rus.] 1. Müəllifin bilavasitə gördüyü, şahidi olduğu real faktlardan, hadisələrdən, adamlardan bəhs olunan kiçik ədəbi əsər. Hərbi oçerk. Qəzetdə maraqlı oçerk var.
Bir-biri ilə əlaqəli məsələlərə həsr olunmuş...

OÇERKÇİ (ID - 31329)

is. Oçerk yazan jurnalist və ya yazıçı; oçerkist.

OÇERKİST (ID - 31330)

[rus.] bax oçerkçi.

OD (ID - 31331)

is. 1. Yanan bir şeydən çıxan qazlar; atəş. Odu söndürmək. Odda yanmaq. Odda qızdırmaq. Kömür odu. // məc. Obrazlı təşbehlərdə şiddətli hissiyyatın, ehtirasın, coşqunluğun, ruh yüksəkliyinin rəmzi kimi işlənir. Qəlbi od...

ODA1 (ID - 31332)

Otaq. Zeynal geniş bir şüşəbəndi keçib yemək odasına girdi. S.Hüseyn. Teatrın aktyor və aktrisaları qabağımıza çıxıb bizi teatrın qonaq odasına dəvət etdilər. C.Cabbarlı.

ODA2 (ID - 31333)

is. [yun.] ədəb. Lirik şeir və musiqi janrı.

ODABAŞI (ID - 31334)

is. köhn. Keçmişdə mehmanxanalarda, karvansaralarda və s.-də otaqlara baxan və onlarm açarlarmı saxlayan adam. [Odabaşı:] Elə ölən gündən məni cəhənnəmdə odabaşı ediblər. Ə.Haqverdiyev.

ODADAVAMLI (ID - 31335)

sif. xüs. Yüksək hərarətə davam gətirən. Odadavamlı gil. Odadavamlı kərpic.

ODADAVAMLILIQ (ID - 31336)

is. xüs. Odadavamlı şeyin xassə və keyfiyyəti. Gilin odadavamlılığı.

ODADAVAMSIZ (ID - 31337)

sif. xüs. Yüksək hərarətə davam gətirməyən. Odadavamsız kərpic.

ODADAVAMSIZLIQ (ID - 31338)

is. xüs. Oda davamı olmayan şeyin xassə və keyfiyyəti.

OD-ALOV (ID - 31339)

1. top. Alovla yanan od. Qaranlıqda od-alov görünür.
məc. is. və sif. Zirək, diribaş, çevik, bir yerdə qərar tapmayan, nadinc (əsasən uşaq haqqında). Evin balaca qızı Ulduz isə anasının təbirinə görə od-alov idi. Ə.Məmmədxanlı....

ODEKOLON (ID - 31340)

[fr. eau de Cologne - Köln şəhərinin suyu] Kosmetik maddə kimi işlədilən ətirli, spirtli məhlul. Odekolon şüşəsi.
Yasəmən odekolonu. - [Həkim:] Firuzənin böyük bir həzlə ərinin üzərinə odekolon səpdiyini.. aydınca görürdüm....

ODEKOLONLU (ID - 31341)

sif. Odekolon vurulmuş, odekolon səpilmiş. Odekolonlu yaylıq.

ODLAQ (ID - 31342)

is. Od düşüb alışan, yanan yer, habelə oradan qalxan alov. // Yanıb sönmüş yer, yanmış bir yerin izi.

ODLAMA (ID - 31343)

“Odlamaq” dan f.is.

ODLAMAQ (ID - 31344)

f 1. Od vurub yandırmaq, yanğın törətmək. Ocağı odlamaq. Tonqalı odlamaq. // Alışdırmaq, yandırmaq. [Hüseynəli əmi] ..dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı.. M.S.Ordubadi. Nəriman dərhal fitili odladı....

ODLANDIRILMA (ID - 31345)

“Odlandırılmaq” dan f.is.

ODLANDIRILMAQ (ID - 31346)

məch. Od vurub yandırılmaq, yanğm törədilmək. Taya odlandırıldı. // Alışdırılmaq, yandırılmaq. Papiros odlandırıldı.

ODLANDIRMA (ID - 31347)

“Odlandırmaq” dan f.is.

ODLANDIRMAQ (ID - 31348)

b a x odlamaq. Siqareti odlandırmaq. Tonqalı odlandırmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed