İzahlı lüğət

OVAL (ID - 31749)

is. [fr.] Qabarıq, yumurtaşəkilli.

OVALANMA (ID - 31750)

“Ovalanmaq” dan fis.

OVALANMAQ (ID - 31751)

bax ovulmaq1.

OVALIQ (ID - 31752)

is. coğr. Dəniz səviyyəsindən aşağıda yerləşən düzənlik; hər hansı düzən yer; düzənlik. Kür-Araz ovalığı. - Azərbaycan ərazisində geniş düzənliklər və ovalıqlarla bərabər dərin dərələr və yüksək dağlar da vardır....

OVCALAMA (ID - 31753)

dan. “Ovcalamaq” dan f.is.

OVCALAMAQ (ID - 31754)

dan. bax ovuşdurmaq. [Hidayət] gülə-gülə gözünü ovcaladı. B.Bayramov.

OVÇU (ID - 31755)

is. 1. Ovla, ovçuluqla məşğul olan adam. Ovçu tüfəngi. Həvəskar ovçu. - Ovçu yanında göz qırpmaq olmaz. (Məsəl). Ovçular qızılquş, tazı, tula götürüb ova çıxırlar. Şaiq. [Milis müvəkkili Əzizə:] ..Silahınızı Ovçular...

OVÇULUQ (ID - 31756)

is. 1. Ovçunun işi, peşəsi, məşğuliyyəti. [Şəmsi bəy:] Piri baba, bunlar mənim ovçuluğumu lağa qoyub güldü, fəqət öz qüsurlarını açmaq istəmirlər. S.S.Axundov. Bu gün [Buğac] .. ovçuluq məharətini atasına da göstərəcək...

OVÇUOTU (ID - 31757)

is. bot. Müxtəlif növləri olan sarı çiçəkli çəmən otu.

OVDAN (ID - 31758)

is. [fars. ab-dan] Suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. Yağış suyu bu ovdana axırdı. C.Cabbarlı. Güdə Qala deyilən yüksəklik üzərindəki ovdanların yanında idik. S.Hüseyn.

OVDUQ (ID - 31759)

is. [fars. abduq] Ayran. [Qız] kuzədən su töküb ovduq düzəltdi və Musa kişi ilə Firidunun qabağına qoydu. M.İbrahimov. Mirzə Alış ovduqdan stəkanlara doldurub onlara içirdirdi. Ə.Vəliyev.

OVXAQ (ID - 31760)

sif Tez ovulan, kövrək.

OVXALAMA (ID - 31761)

“Ovxalamaq” dan f.is.

OVXALAMAQ (ID - 31762)

bax ovuşdurmaq. Beli ovxalamaq. - O, gündən qamaşan gözlərini ovxalayıb ətrafına baxdı. M.Hüseyn. [Zəhra] bir qədər gözlərini ovxaladı və dərhal geyindi. Ə.Vəliyev.

OVXALANMA (ID - 31763)

“Ovxalanmaq” dan f.is.

OVXALANMAQ (ID - 31764)

1. B a x ovuşdurulmaq.
2. Ovulub tökülmək. Neçə-neçə varağın kənarı; Illərin ağırlığına dözməyib, ovxalanıb toz olub. R.Rza.

OVXALATMA (ID - 31765)

“Ovxalatmaq” dan f.is.

OVXALATMAQ (ID - 31766)

bax ovuşdurmaq. Kürəyini ovxalatmaq.

OVXANTI (ID - 31767)

is. Ovuntu, qırıntı; ovulmuş, ovulub tökülmüş şeylər.

OVQAT (ID - 31768)

is. [ər. “vəqt” söz. cəmi] 1. klas. Vaxt, zaman. Bilmədin halını, bihudə keçirdin ovqat. Füzuli. Onunçün bir ovqat teleqrafları çap etməklə, gələcəkdə tazə bir qəzavüqədərə müntəzir olduq. C.Məmmədquluzadə.
Əhval-ruhiyyə,...

OVQATSIZ (ID - 31769)

sif Kefi, əhvalı, pozğun, çox pərt, dilxor.

OVQATTƏLXLİK (ID - 31770)

is. Pozğunluq, kefsizlik, pərtlik, dilxorluq. [Kor Seyid] nə acı bir söz söyləyir, nə də ovqattəlxlik eləyir. S.Hüseyn.

OVLAQ (ID - 31771)

is. 1. Ov heyvanları və quşları çox olan yer, ov yeri. Ovlaqda quş vurmaq.
Yoxsa ən yaxşı ovlaqdan da nabələd ovçu əli ətəyindən uzun qayıdar. M.Rzaquluzadə. Isi dayı.. ovlaqdan əlidolu qayıdanda bütün ağrı-acını unudardı....

OVLAMA (ID - 31772)

“Ovlamaq” dan f.is.

OVLAMAQ (ID - 31773)

f 1. Ov vurmaq, şikar etmək. Dovşan ovlamaq. - [Dəlilər] səhərdən kövşəndə ceyran ovlayırlar. “Koroğlu” . [Piri baba:] Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam. S.S.Axundov. // Balıq tutmaq.
2. məc. Çalmaq; ələ keçirmək,...

OVLANMA (ID - 31774)

“Ovlanmaq” dan f.is.

OVLANMAQ (ID - 31775)

məch. Ov vurulmaq, şikar edilmək. Çoxlu dovşan ovlandı. // Balıq tutulmaq. Hər gecə 40 sentner balıq ovlanmışdı.

OVMA1 (ID - 31776)

1. “Ovmaq’dan f.is.
sif. Ovulmuş, narınlaşdırılmış, narın edilmiş. Qarakişi.. iri-iri doğrayıb cibinə yığdığı qəzetdən birparça çıxarıb arasına ovma tənbəki doldurdu. B.Bayramov.
is. məh. Pendir ovuntusu ilə kərə...

OVMA2 (ID - 31777)

“Ovmaq2” dan f.is.

OVMA3 (ID - 31778)

is. dan. Geniş yayılmış yoluxucu xəstəlik.

OVMACA (ID - 31779)

is. məh. Qarın ağrısı; sancı.

OVMAFƏTİR (ID - 31780)

is. Çox ovuşdurulmuş bərk xəmirdən bişirilən və kəsərkən, yeyərkən asan ovulan kövrək fətir. Ovmafətir bişirmək. - [Xonça] ibarətdir.. şəkərçörəyindən, ovmafətirdən və s. həlviyyatdan. R.Əfəndiyev.

OVMAQ1 (ID - 31781)

f 1. Ovulmuş hala salmaq, narın etmək, narınlaşdırmaq. Maxorkanı ovmaq.
Xalıqverdi kişi köhnə məndulə kisədən tənbəki çıxarıb ovcunda ovdu. Ə.Vəliyev.
Yuyub qazımaq (dağıtmaq), yuyub aparmaq, deşmək. Yarğan yarar sinəsini...

OVMAQ2 (ID - 31782)

bax ovuşdurmaq. [Camadar] başladı mənim canımı ovmağa, sora da kisələməyə. C.Məmmədquluzadə. ..Səriyyə gözlərini ovub ətrafa baxdı.. M.İbrahimov.
□ Burnunu ovmaq - b ax burun.

OVSAF (ID - 31783)

OVSANA (ID - 31784)

ovsanadan çıxarmaq - edilən yaxşılığa, köməyə qiymət verməmək; unutmaq, qiymətdən salmaq. Yaxşılığımı ovsanadan çıxardı. Ovsanaya düşmək - vaxtı ilə edilən yaxşılığın, köməyin qarşılığını görmək, əvəzi çıxmaq,...

OVSAR (ID - 31785)

is. [fars.] Dəvə noxtası. Dəvə tanınmasa, ovsarı tanınar. (Ata. sözü). Dağların başından keçəmmir karvan; Ovsarı əlində ağlayır sarvan. “Koroğlu” . Bu çinarın dövrəsi ovsarları bir-birinə bağlanan dəvə karvanlarının,...

OVSARLAMA (ID - 31786)

“Ovsarlamaq” dan f.is.

OVSARLAMAQ (ID - 31787)

f 1. Dəvənin başına ovsar keçirmək, dəvəni noxtalamaq. Dəvəni əvvəl ovsarla, sonra Allaha ismarla. (Məsəl).
2. B ax noxtalamaq 2-ci mənada. Lap bizi ovsarladılar, mindilər; Ay keçən əyyam, olasan indilər! M.Ə.Sabir.

OVSARLANMA (ID - 31788)

“Ovsarlanmaq” dan f.is.

OVSARLANMAQ (ID - 31789)

məch. Başına noxta keçirilmək, noxtalanmaq. Dəvə ovsarlandı.

OVSARLI (ID - 31790)

sif. Noxtalı, başında noxta olan (dəvə haqqında).

OVSUN (ID - 31791)

is. [fars. əfsun] Sehr, cadu, pitik. Ilan əvvəl ovsun oxuyanı öldürər. (Ata. sözü).

OVSUNÇU (ID - 31792)

is. köhn. Ovsunçuluqla məşğul olan adam; cadugər, pitikçi. [Mürsəl:] Ilan ovsunçudan qorxan kimi [Veysəl] də məni görəndə dili girir qarnına. Ə.Vəliyev.

OVSUNÇULUQ (ID - 31793)

is. Ovsunçunun işi, peşəsi; cadugərlik, pitikçilik.

OVSUNLAMA (ID - 31794)

“Ovsunlamaq” dan f.is.

OVSUNLAMAQ (ID - 31795)

f Mövhumatçıların təsəvvürüncə: ovsunla özünə tabe etmək, öz təsiri altına almaq. [Vahimə] istəsə ilanı da ovsunlayıb yuvasından çıxardar. B.Bayramov.

OVSUNLANMA (ID - 31796)

"Ovsunlanmaq” dan f.is.

OVSUNLANMAQ (ID - 31797)

məch. Mövhumatçıların təsəvvürüncə: ovsunla özünə tabe edilmək, təsiri altına alınmaq.

OVSUNLU (ID - 31798)

sif. Ovsun edilmiş, sehirli, cadulu.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed