İzahlı lüğət

OVÇU

is. 1. Ovla, ovçuluqla məşğul olan adam. Ovçu tüfəngi. Həvəskar ovçu. - Ovçu yanında göz qırpmaq olmaz. (Məsəl). Ovçular qızılquş, tazı, tula götürüb ova çıxırlar. Şaiq. [Milis müvəkkili Əzizə:] ..Silahınızı Ovçular Ittifaqında qeydə aldırmısınız? Bayramov. // məc. Obrazlı təşbehlərdə. Ürək də ovçudur, ovlağı aləm; Hər zaman dolaşır, axtarır o da. S.Vurğun. □ Ovçu gözü (gözləri) - iti görən, həssas, diqqətli gözlər haqqında. Midhət göylərə baxdı. Ovçu gözləri göyün ənginliklərini seçir, sirli və dərin havanın içinə girə bilirdi. Ə.Vəliyev. Ovçu yuxusu - sayıq yatan adamın yuxusu. Ovçu yuxusu sayıq olar. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed