İzahlı lüğət

OVŞALA (ID - 31799)

is. Su, şəkər və sirkədən (və ya limon turşusundan) hazırlanan sərinlədici içki; şərbət. Ovşala içmək. - Bir kasada şərbət, içində balaca stəkan qoyulardı. Ona ovşala deyərdilər. H.Sarabski. [Bir muzdur:] Amma o biri aşlarda...

OVŞAR (ID - 31800)

is. dan. Sağımdan əvvəl heyvanların, əsasən qaramalın əmcəklərini sığallama, ovuşdurma. □ Ovşara gətirmək - b ax ovşarlamaq. Gülüstan [inəyi] yavaşıtmaq və ovşara gətirmək üçün oxşayırdı: - Nənəm, a Mərcan inək;...

OVŞARLAMA (ID - 31801)

“Ovşarlamaq” dan f.is. Ovşarlama üsulu ilə sağmaq nəticəsində Həcər arvad hamıdan tez, hamıdan çox süd sağırdı. Ə.Vəliyev.

OVŞARLAMAQ (ID - 31802)

f Sağımdan əvvəl heyvanların, əsasən qaramalın əmcəklərini sığallamaq, ovuşdurmaq, ovşara gətirmək. Bu arvad inəyi adi sağıcılar kimi sağmır, ovşarlayırdı. Ə.Vəliyev.

OVUC (ID - 31803)

is. 1. Əlin barmaqlar və ayadan ibarət hissəsi, əlin içi. Ovcunda saxlamaq.
..Mən ixtiyarsız ovcumu açdım və quşcuğaz da şad bir səslə uçub getdi. S.S.Axundov. [Yaşlı kişi:] Ovcumu soyuq su ilə doldurub sinəsini və döşlərini...

OVUCLAMA (ID - 31804)

“Ovuclamaq” dan f.is.

OVUCLAMAQ (ID - 31805)

f Ovucla götürmək, ovcunu ya ovuclarını doldurub götürmək. Arpanı ovuclamaq. - Suyu bulaq gözündən ovuclayıb içməyə öyrəşmiş mən bu təmli, qazlı suları içə bilmirdim. Ə.Məmmədxanlı. Əmrah sarı buğdanı ovuclayıb yuxarıdan...

OVUCLANMA (ID - 31806)

“Ovuclanmaq” dan f.is.

OVUCLANMAQ (ID - 31807)

məch. Ovucla götürülmək.

OVUCU (ID - 31808)

is. Ovan, masajçı.

OVUQ (ID - 31809)

OVUQLU (ID - 31810)

sif Ovuğu olan, koğuşlu. Ovuqlu ağac. Ovuqlu qaya.

OVULMA1 (ID - 31811)

“Ovulmaq1’dan f.is.

OVULMA2 (ID - 31812)

“Ovulmaq2” dan f.is.

OVULMAQ1 (ID - 31813)

1. məch. Narınlaşdırılmaq, narın edilmək, ovuq hala salınmaq. Kisədəki tənbəki ovulmuşdur. Ovulub tökülmək.

OVULMAQ2 (ID - 31814)

b a x ovuşdurulmaq.
□ Burnu ovulmaq - b ax burun.

OVUM (ID - 31815)

OVUNDURMA (ID - 31816)

“Ovundurmaq” dan f.is.

OVUNDURMAQ (ID - 31817)

f Sakitləşdirmək, təskin etmək, təskinlik vermək, ovutmaq. Aslan uşaqların başını dizi üstünə qoyub ovundurmağa çalışırdı. C.Cabbarlı. [Fərhad:] Səni ovundurmaq üçün o, söz tapa bilmir. Ə.Məmmədxanlı.

OVUNDURUCU (ID - 31818)

sif Sakitləşdirici, təskinedici, ovuducu.

OVUNMA (ID - 31819)

“Ovunmaq” dan f.is.

OVUNMAQ (ID - 31820)

f Sakitləşmək, təskinlik tapmaq, təsəlli tapmaq. [Yanardağ:] Acıqlı Əhrimən elimizə çox acıqlanmış, nə qədər adi qurbanlar verilirsə, ovunmur. C.Cabbarlı. Anası ona təsəlli verirdisə, Dilara ovunmurdu. Ə.Məmmədxanlı.

OVUNMAZ (ID - 31821)

sif Heç bir şeylə təskinlik tapmayan, ovunmayan, sakitləşməyən, rahatlanmayan.

OVUNTU (ID - 31822)

top. Bir şeyin ovulmuş hissəcikləri, qırıntıları. Çörək ovuntusu. Ağac ovuntusu. Qənd ovuntusu. Mərmər ovuntusu.
Indi sərçələr ovuntuları səylə dənləyirdilər. H.Seyidbəyli.

OVURD (ID - 31823)

bax ord. Nəriman əmi ovurdlarını şişirdərək, əlini bığına çəkib məzəmmətlə Murada baxdı.. İ.Əfəndiyev.
□ Ovurdları batıq - çox arıq, zəif. ..Balaca, ovurdları batıq qoca Fərəculla dilləndi. S.Rəhimov. Ovurdları batmaq...

OVURTDAQ (ID - 31824)

sif. dan. Sifəti koppuş, kök. Ovurtdaq hesabdar içini arıtlayaraq özündən razı bir sifətlə stolun arxasına keçdi. S.Rəhimov.

OVUŞDURMA (ID - 31825)

“Ovuşdurmaq” dan f.is.

OVUŞDURMAQ (ID - 31826)

f 1. Bədənin hər hansı bir yerini barmaqları ilə sıxmaq, əzişdirmək; əlini gəzdirib ovucla sıxmaq, ovmaq; masaj eləmək. Üzünü ovuşdurmaq. - Şeyda alnını ovuşduraraq düşüncəyə dalar. H.Cavid. Ovuşdurub bir az o əllərini;...

OVUŞDURULMA (ID - 31827)

“Ovuşdurulmaq” dan f.is.

OVUŞDURULMAQ (ID - 31828)

məch. Masaj edilmək; ovulmaq.

OVUŞUQ (ID - 31829)

sif Ovxalanmış, ovulmuş, əzilmiş, əzik.

OVUTMA (ID - 31830)

“Ovutmaq” dan f.is.

OVUTMAQ (ID - 31831)

bax ovundurmaq. Uşağı ovutmaq. Xəstəni ovutmaq. - Çıx buludlardan, ey əfsanəli qız! Gəl ovut ruhumu, ey şən yıldız! H.Cavid. [Səməd:] Bacıoğlu qoymaz ki, məni incitsinlər, - deyə özünü ovutdu. B.Talıblı.

OY (ID - 31832)

bax ay2 2-ci mənada. [Xanım:] Oy, nə qədər qorxuncsunuz, ya rəbbi! - dedi. H.Nəzərli. [Gülçöhrə:] Oy, qorxdum a... Ü.Hacıbəyov.

OYADICI (ID - 31833)

sif Oyadan, təsir edən, doğuran, törədici. Iştahaoyadıcı dərmanlar.

OYAQ (ID - 31834)

sif 1. Yatmamış, yuxulamamış, yuxuya getməmiş. Kim yatmış, kim oyaq?
[Miraxur Səfərə:] Yuxuda boğazıma kəmsik salıb məni boğmaq istəyiblər. Yaxşı ki, sən oyaq imişsən. Çəmənzəminli. [Türbət İmamyara:] Bu gecə qonaqlıqdır,...

OYAQLIQ (ID - 31835)

is. 1. Yuxuda olmayan adamın halı; oyaq. □ Yuxu ilə oyaqlıq arasında yarıyuxulu halda. Mansur dizi üstə oturub baxırdısa da, heç bir şey görməyib yuxu ilə oyaqlıq arasında idi. C.Cabbarlı. Indi də [xan] kabusdan qurtarmayıb oğlunun...

OYALAMAQ (ID - 31836)

f Qurdalamaq, qarışdırmaq, altını üstünə çevirmək.

OYANDIRICI (ID - 31837)

bax oyadıcı.

OYANDIRMA (ID - 31838)

“Oyandırmaq” dan f.is.

OYANDIRMAQ (ID - 31839)

OYANIQ (ID - 31840)

OYANIQLIQ (ID - 31841)

bax oyaqlıq. [Cəmil bəy:] Hər uyuyan oyandığı zaman başı ucunda sənin kimi bir mələk görəcəyini düşünsəydi, şübhəsiz, uyumağı, oyanıqlığa tərcih edərdi. H.Cavid.

OYANIŞ (ID - 31842)

is. Oyanma; oyanma işi. Buludlar parçalanır, torpaq buğlanır, otlar baş qaldırır, quşlar civildəşməyə başlayırdı. Bu, bir oyanış idi. M.İbrahimov.

OYANMA (ID - 31843)

“Oyanmaq” dan f.is.

OYANMAQ (ID - 31844)

f 1. Yuxudan ayılmaq, gözlərini açmaq. Sübh tezdən yuxudan oyanan kimi eşitdim, .. rəiyyətin birinin evində qilüqal səsi gəlir. C.Məmmədquluzadə. Nənə dərin yuxusundan; Xeyli vaxtdır oyanmışdır. M.Dilbazi.
məc. Canlanmaq, hərəkətə...

OYATMA (ID - 31845)

“Oyatmaq” dan f.is.

OYATMAQ (ID - 31846)

f 1. Yuxudan durğuzmaq, oyandırmaq, oyanmasına səbəb olmaq, oyanmağa məcbur etmək. Bir gün sübh tezdən Pərinisə yuxudan ayılıb başladı Kərbəlayı Məhəmmədəlini təpikləyib oyatmağa. Məmmədquluzadə. .. Ümid anasını oyadıb...

OYDURMA (ID - 31847)

“Oydurmaq” dan f.is.

OYDURMAQ (ID - 31848)

icb. 1. Oyuq açdırmaq, qazdırmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed