İzahlı lüğət

ORAQLAMA (ID - 31599)

“Oraqlamaq” dan f.is.

ORAQLAMAQ (ID - 31600)

f Oraqla biçmək. Otu oraqlamaq.

ORAQLANMA (ID - 31601)

“Oraqlanmaq” dan f.is.

ORAQLANMAQ (ID - 31602)

məch. Oraqla biçilmək. Zəmi oraqlandı.

ORAQLATMA (ID - 31603)

“Oraqlatmaq” dan f.is.

ORAQLATMAQ (ID - 31604)

icb. Oraqla biçdirmək. Sahəni oraqlatmaq.

ORAQLI (ID - 31605)

sif Əlində oraq olan, oraqla işləyən. Oraqlı biçinçi.

ORAQVARİ (ID - 31606)

sif Oraq şəklində, orağa oxşayan, oraq kimi; yarımdairəvi. Qarayonca cinsinin paxlaları oraqvaridir. H.Qədirov.

ORALI (ID - 31607)

sif O yer əhalisindən olan, o yerli. Mən oralı deyiləm.

ORANJEREYA (ID - 31608)

[fr.] İlin soyuq fəsillərində tərəvəz, gül, meyvə və s. yetişdirmək üçün şüşəbəndli yer; istixana. Oranjereyada pomidor əkmək. - [Mil düzündə] tamamilə müasir üsulda tikilmiş və bütün ittifaqımızda görkəmli yer tutan...

ORANQUTANQ (ID - 31609)

[malay. orangutang - meşə adamı] İnsanaoxşar iri meymun. [Həsən bəy:] ..Mən özüm də meymuna bənzəyirəm. Amma bir o qədər yox. Məşədi Ibad isə lap oranqutanq meymundur ki, durubdur. Ü.Hacıbəyov.

ORATORİYA (ID - 31610)

[ital.] Xor, solist müğənnilər və orkestr tərəfindən konsertlərdə ifa olunmaq üçün yazılmış dramatik mövzulu iri musiqi əsəri. Oratoriya - simfonik orkestr xor və solistlər üçün bəstələnən çoxhissəli, monumental və sanballı...

ORBİT (ID - 31611)

[lat.] 1. astr. Göy cisminin hərəkət etdiyi yol. Marsın orbiti. // Süni peyklərin, kosmik gəmilərin hərəkət etdiyi yol. Kosmik gəmi Yer səthi üzərindəperigeyi 175 kilometr və apogeyi 302 kilometr olan orbitə çıxmışdır.
2. məc....

ORD (ID - 31612)

is. Ağız boşluğunun yanaqlar tərəfində olan hissələrindən biri. [Xanməmməd] ordlarının ikisi də şişik bir halda şəhərin yeni xəbərlərini nağıl eləməyə başladı.. Çəmənzəminli. Zurnaçı orduna doldurduğu havanı bilmədi...

ORDEN1 (ID - 31613)

[alm. orden, lat. ordo - sıra, dərəcə] Hərbi və ya mülki xidmətlərə görə dövlət tərəfindən verilən müxtəlif dərəcəli və adlı fərqlənmə nişanı. “İstiqlal” ordeni. Ordenlə təltif etmək. - Mükafat alanlar bir-bir çağırılır,...

ORDEN2 (ID - 31614)

[lat.] Katolik kilsəsinin müəyyən məramnaməsi olan rahib və ya rıtsar-rahib icması; təriqət. Dominikan ordeni. // Bəzi gizli birliklərin, cəmiyyətlərin adı. Mason ordeni.

ORDENLİ (ID - 31615)

sif Ordeni olan, ordenlə təltif edilmiş (bax orden1). Ordenli qəhrəman. [Qəhrəman:] Həmin bu gördüyünüz ordenli Narıngül mənim anamdır. Ə.Vəliyev.

ORDER (ID - 31616)

[fr. ordre - əmr] Yazılı sərəncam, əmr; bir şeyi vermək və ya almaq üçün sənəd. Kassanın məxaric orderi. - ..Yeni mənzil orderini də [müdir] özü vermişdi. Mir Cəlal.

ORDERLİ (ID - 31617)

sif Order verilmiş, orderi olan. [Qədirin] yaşadığı otaqlara da əli orderli işçilər daşındığı üçün özü ailəsi ilə bərabər oranı tərk etməyə məcbur olmuşdur. S.Hüseyn.

ORDİNAR (ID - 31618)

[lat.] köhn. 1917-ci il rus inqilabından əvvəl elmi vəzifə adlarının tərkibində “ştatda olan” , “ştatlı” mənasında işlənən söz. Ordinar professor.

ORDİNAT (ID - 31619)

[lat. ordinatus - qaydada düzülmüş] riyaz. Nöqtənin fəzadakı vəziyyətini müəyyənləşdirən üç koordinatdan biri.

ORDİNATOR (ID - 31620)

[lat.] Xəstəxana, klinika və s.-də şöbə müdirinin rəhbərliyi altında işləyən, müalicə aparan həkim.

ORDİNATORLUQ (ID - 31621)

is. Ordinatorun işi, vəzifəsi.

ORDİNATURA (ID - 31622)

[lat.] 1. Təcrübi tibb aspiranturasının bir növü.
2. Ordinator vəzifəsi.

ORDU (ID - 31623)

is. 1. Dövlətin silahlı qüvvələri (quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri). [Uğur:] Dördüncü kursdan orduya alındıq. İ.Əfəndiyev. [Mahmud:] Mən vaxtı ilə orduda qulluq etmişəm. S.Vəliyev.
Hərbi dəniz və...

ORDUBAŞI (ID - 31624)

is. köhn. Orduya komandanlıq edən şəxs; sərkərdə.

ORDUGAH (ID - 31625)

is. Qoşunların, məskun məntəqələrdən kənarda müvəqqəti mənzil saldıqları yer. Qoşunlar ordugaha qayıtdılar. - Səhnə Tərtər çayı sahilində İsgəndərin ordugahını və çadırlarını təsvir edir. A.Şaiq. [Zabit:] Göz-qulaq...

ORFOEPİK (ID - 31626)

sif [yun.] Orfoepiyaya aid olan, orfoepiya ilə əlaqədar olan.

ORFOEPİYA (ID - 31627)

[yun. orthos - düzgün və epos - nitq] Düzgün ədəbi tələffüzü müəyyənləşdirən qaydalar sistemi. Azərbaycan dilinin orfoepiyası. // Tələffüz qaydalarını gözləmə.

ORFOQRAFİK (ID - 31628)

sif. [yun.] Orfoqrafiyaya aid olan, orfoqrafiya ilə əlaqədar olan. Orfoqrafik səhv.

ORFOQRAFİYA (ID - 31629)

[yun. orthos - düzgün və grapho - yazıram] Hər hansı bir dildəki bütün sözlərin hamı tərəfindən qəbul edilmiş düzgün yazılış qaydaları sistemi; imla. Azərbaycan dilinin orfoqrafiyası. // İmla qaydalarının gözlənilməsi. Əlyazmasının...

ORGİYA (ID - 31630)

is. [yun.] 1. Qədim Şərq, yunan, Roma allahlarına sitayişlə bağlı keçirilən bayram mərasimləri.
2. Azğın kef məclisi.

ORİJİNAL (ID - 31631)

[yun.] 1. is. Bir yazının, şəklin və s.-nin əsli (surət qarşılığı). Portretin orijinalı. Kitabın orijinalı. // Başqa dilə tərcümə üçün əsas olan mətn, başqa dilə tərcümə olunan mətnin əsli. Tərcümənin orijinala yaxınlığı....

ORİJİNALLIQ (ID - 31632)

is. 1. Başqalarına oxşamama, ancaq özünə məxsus olan hal, keyfiyyət və sifətlər. [Mirzağa Əliyevin] yaratdığı Kərəmov surəti öz təbiiliyi, satirik qüdrəti, orijinallığı ilə heç bir zaman unudulmayacaqdır. İ.Əfəndiyev.
2....

ORİYENTALİST (ID - 31633)

[lat.] Oriyentalistika (şərqşünaslıq) mütəxəssisi; şərqşünas.

ORİYENTALİSTİKA (ID - 31634)

[lat.] Şərq ölkələrinin tarixini, iqtisadiyyatını, dillərini, incəsənətini və s. öyrənən elmlərin hamısı bir yerdə; şərqşünaslıq.

ORİYENTALİZM (ID - 31635)

[lat.] 1. Şərqə, Şərq mədəniyyətinə göstərilən maraq; Şərqi öyrənmə.
2. Bir şeydə nəzərə çarpan Şərq ruhu, Şərq xüsusiyyəti; şərqçilik.

ORİYENTİR (ID - 31636)

[lat.] Hərəkətin istiqamətini müəyyənləşdirmək, hədəfi tapmaq üçün açıq yerdə yaxşı görünən hərəkətsiz şey.

ORKESTR (ID - 31637)

[fr. orchestre, əsli yun. orchestra - qədim yunan teatrında səhnə qabağında yer] 1. Musiqi əsərini müxtəlif alətlərdə bir yerdə ifa edən çalğıçılar dəstəsi, habelə bu müxtəlif musiqi alətlərinin hamısı bir yerdə. Simfonik...

ORKESTRLƏMƏ (ID - 31638)

“Orkestrləmək” dən f.is.

ORKESTRLƏMƏK (ID - 31639)

f 1. mus. Orkestr musiqi əsərini partitura şəklində işləmək, yazmaq. Operanı orkestrləmək.
2. Hər hansı musiqi əsərini orkestrdə ifa olunmaq üçün uyğunlaşdırmaq. Fortepiano pyesini orkestrləmək.

ORKESTRLƏNMƏ (ID - 31640)

“Orkestrlənmək” dən f.is.

ORKESTRLƏNMƏK (ID - 31641)

məch. mus. Orkestrdə ifa olunmaq üçün işlənilmək, uyğunlaşdırılmaq (musiqi haqqında).

ORKESTROVKA (ID - 31642)

[rus.] Orkestr üçün işlə(n)mə, uyğunlaşdır(ıl)ma; orkestrləmə.

ORQAN (ID - 31643)

[yun. organon - alət] 1. Ictimai həyatın hər hansı bir sahəsində müəyyən vəzifəni ifa edən idarə, təşkilat və s. Səhiyyə orqanları. Ali hakimiyyət orqanı. Inzibati orqanlar.
2. Hər hansı bir partiyaya, ittifaqa, idarəyə mənsub...

ORQAN (ID - 31644)

[yun. organon - alət] İçərisinə körüklərlə hava doldurulan borular sistemindən ibarət olan iri klavişli musiqi aləti; ərğənun.

ORQANÇALAN, ORQANÇI (ID - 31645)

is. Orqanda çalan musiqiçi.

ORQANİZM (ID - 31646)

[lat.] 1. Hər cür canlı vücud (insan, heyvan, bitki). Ən sadə orqanizmlər. Bitki orqanizmi. // Canlı insan və ya heyvan bədəni. Içki, papiros orqanizmə zərərdir. Orqanizmi bərkitmək. Orqanizmin davamlılığı.
məc. Bir-birilə uyğun...

ORMAN (ID - 31647)

is. Meşə. Ətraf bir orman kimi ağaclıq idi. S.Hüseyn. Bülbüllər ormanda edirlər fəğan; Aydınlıq gecədir gündüztək hər yan. H.K.Sanılı.

ORMANLI (ID - 31648)

sif Meşəli, çox ağaclı. Bəli, bizim kənd, daha doğrusu, bizim oba Səngər adlanan, meşəli, ormanlı uca dağın ətəyində yerləşir.. S.Rəhimov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed