İzahlı lüğət

ORİJİNAL

[yun.] 1. is. Bir yazının, şəklin və s.-nin əsli (surət qarşılığı). Portretin orijinalı. Kitabın orijinalı. // Başqa dilə tərcümə üçün əsas olan mətn, başqa dilə tərcümə olunan mətnin əsli. Tərcümənin orijinala yaxınlığı. // Mətbəədə yığılan, yaxud kompyuterdə yazılan mətnin əlyazısı. Orijinalla tutuşdurub yoxlamaq.
sif. Bir şeyin - yazının, şəklin və s.-nin əsli olan, surəti olmayan. Sikkələrin orijinal nüsxəsi.
sif. Müstəqil yaradıcılıq məhsulu olan, başqalarından götürülməyən, başqasına təqlidən yaradılmayan, tərcümə olmayan. Orijinal əsər.
sif Başqalarına oxşamayan, təqlidçilikdən uzaq olan, ancaq özünə məxsus olan. Orijinal talant. // Qeyri-adi, qəribə. Orijinal adam.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed