OYKONİM (ID - 31849)is. [yun.] Yaşayış məntəqələrinin adını bildirən xüsusi isimlər; sözlər.
|
OYLAQ (ID - 31850)is. 1. Məskən, yer, meydan. [Aşıq Cünun:] Mərd oylağı Çənlibeldi; Məhbub xanım, bizim yerlər. “Koroğlu” . Qıjıltı, gurultu tutur qulağı; Buradır köhnədən qaçaq oylağı. H.K.Sanılı. Şairlər vətəni bizim tərəflər; Tərlanın...
|
OYMA1 (ID - 31851)1. “Oymaq1’dan f.is.
is. Ağac, daş, sümük, metal və s. üzərinə həkk olunan və ya oyulmaqla açılan bəzək, zinət, naxış. Oyma dəzgahı. |
OYMA2 (ID - 31852)“Oymaq2” dan f.is.
|
OYMAÇI (ID - 31853)is. Oyma ustası (bax oyma12-ci mənada).
|
OYMAÇILIQ (ID - 31854)is. Oymaçı sənəti, oyma işləri ilə məşğul olma (bax oyma1 2-ci mənada).
|
OYMAQ1 (ID - 31855)bax ovmaq1 2-ci mənada. Su
axarkən yeri oyub çuxurlar, oyuqlar əmələ gətirərdi. S.S.Axundov. |
OYMAQ2 (ID - 31856)bax ovuşdurmaq. [Kərəm:] Mən baxardım, didarından doyardım; Gizlingizlin bağrım başın oyardım. “Əsli və Kərəm” . Bəylərbəyinin övrəti Şahnavaz xanım [Münəvvərin] alnını oyub huşa gətirmək istəyirdi. M.S.Ordubadi.
|
OYMAQ3 (ID - 31857)is. Tikiş tikərkən iynə batmamaq üçün barmağa keçirilən bir ucu bağlı metal və ya başqa materialdan qalpaqcıq; üskük.
|
OYMAQ4 (ID - 31858)is. köhn. Kənd, el. [Quldurlardan biri:] Niyə, bir oymağın adamları deyilikmi? Ə.Haqverdiyev. Səfər əslən Qılınclar oymağından olub uşaqlığını kənddə keçirmişdi. Çəmənzəminli.
|
OYNAĞAN (ID - 31859)sif və is. Çox oynayan, daim oynayan, oynamağı sevən; oynaq. Oynağan yorulmaz. (Ata. sözü). Qəlbə fərəh verən şirin muraddır; Nəşəmiz oynağan bir şux Qıratdır. M.Rahim.
|
OYNAQ1 (ID - 31860)sif 1. Mütəhərrik, oynar, oynayan, daim hərəkətdə olan. O baxışlarda dalğadan oynaq; Bir şəfəq var ki, nurdan şəffaf. Şaiq. [Elxan:] ..Qaldıracağım azadlıq bayrağının oynaq dalğaları [Solmazın] gülgün çöhrəsini öpəcəkdir....
|
OYNAQ2 (ID - 31861)is. anat. Buğum, məfsəl.
|
OYNAQ3 (ID - 31862) |
OYNAQLAMA (ID - 31863)“Oynaqlamaq” dan f.is.
|
OYNAQLAMAQ (ID - 31864)f Atılıb-düşmək, oynamaq. Quzular oynaqlayır. - Gedək görək uşaqlar; Bağda nə cür oynaqlar. A.Səhhət. Buynuzu burma təkə oynaqlayır, atılıbdüşürdü. S.Rəhimov.
|
OYNAQLAŞMA (ID - 31865)“Oynaqlaşmaq” dan f.is.
|
OYNAQLAŞMAQ (ID - 31866)qarş. Birgə atılıbdüşmək, bir yerdə oynamaq (çoxları haqqında). Uşaqlar oynaqlaşırlar. - Kəndin ötəsində-bərisində yumurtadan yeni çıxmış cücələr, oynaqlaşan oğlaqlar görünür.. S.Hüseyn.
|
OYNAQLIQ (ID - 31867)is. 1. Oynaq şeyin halı; mütəhərriklik, qərarsızlıq. Payız havasının oynaqlığındanmı, yoxsa Bakı ilə buranın arasındakı məsafənin uzaq olmasındanmı, nə isə hava xeyli dəyişmişdi. M.Rzaquluzadə.
Daim oynaqlama, atılıb-düşmə,... |
OYNAMA (ID - 31868)“Oynamaq” dan f.is.
|
OYNAMAQ (ID - 31869)f 1. Oyuncaqla, yaxud əyləncə üçün olan oyunlardan biri ilə məşğul olmaq, onunla vaxtını keçirmək; əylənmək. Qaçdı-tutdu oynamaq. Gəlinciklə oynamaq. Uşaq bütün günü oynayır. - Uşaq vaxtı küçədə aşıq-aşıq oynayanda...
|
OYNANILMA (ID - 31870)“Oynanılmaq” dan f.is.
|
OYNANILMAQ (ID - 31871)“Oynamaq” dan məch. Bir otaqdan nərdin şaqqıltısı eşidilir, o biri otaqda gərgin sükut içində şahmat oynanılırdı. M.Rzaquluzadə.
|
OYNANMA (ID - 31872)“Oynanmaq” dan f.is.
|
OYNANMAQ (ID - 31873)bax oynanılmaq. Tamaşanın ikinci pərdəsi oynanırdı. Mir Cəlal.
|
OYNAR (ID - 31874)sif 1. Oynayan, bir yerdə durmayan, qərar tapmayan, daim hərəkətdə olan, tərpənən.
Rəqqas, kəfgir (saatda). məc. Oynaq (b ax oynaq1 2-ci mənada). |
OYNARLIQ (ID - 31875)is. 1. Oynaq şeyin hal və keyfiyyəti. Oynaqlıq (3-cü mənada).
|
OYNAŞ (ID - 31876)bax aşna 2-ci mənada. Oynaşa ümid olan ərsiz qalar. (Ata. sözü). [Məsmə:] [Ərim] elə zənn edirdi ki, guya mənim yanıma gələn oynaşlarım var imiş. S.Hüseyn.
|
OYNAŞMA (ID - 31877)“Oynaşmaq” dan f.is.
|
OYNAŞMAQ (ID - 31878)qarş. 1. Bir-biri ilə oynamaq; əylənmək. İki çəlimsiz körpə çarpayının üstündə oynaşırdı.. Çəmənzəminli. ..Oynaşan .. uşaqlara tamaşa etməkdən doymazdım. Mir Cəlal. // Eyni mənada heyvanlar, quşlar və s. haqqında. Quzular,...
|
OYNATDIRMA (ID - 31879)“Oynatdırmaq” dan f.is.
|
OYNATDIRMAQ (ID - 31880)icb. Oynamağa məcbur etmək. Bəzən mötəbər adamların oğlunu yerindən qaldırıb toyda oynatdırardı. H.Sarabski.
|
OYNATMA (ID - 31881)“Oynatmaq” dan f.is.
|
OYNATMAQ (ID - 31882)f. 1. Uşağı əlinə alaraq, atıbtutaraq əyləndirmək, yaxud oyuncaq və başqa vasitələrlə məşğul etmək və beləliklə, özü də əylənmək. Körpəni oynatmaq. Uşaqları oynatmaq. - Vahid uşağı yanına alıb oynadır, dilə tutub...
|
OYROTCA (ID - 31883)sif. və zərfi Oyrot dilində; altayca.
|
OYROTLAR (ID - 31884)cəm. Altaylıların köhnə adı.
|
OYUQ1 (ID - 31885)is. 1. Oyulmuş yer; mağara, kaha. Qayaların oyuğunda yuva salar kəsəyənlər. O.Sarıvəlli. Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş, .. dərin oyuqlar açılmışdı. B.Bayramov.
Bir şeyin üzərində dərmə-deşik,... |
OYUQ2 (ID - 31886)bax qorxuluq 2-ci mənada. Yolun üst tərəfi qoruq idi. Bir neçə yerdə oyuq qoyulmuşdu. Ə.Vəliyev.
|
OYUQLU (ID - 31887)sif. 1. Oyuqları olan. Yoxsa xəyalında canlanır yenə; Sıldırım qayalar, oyuqlu dağlar. R.Rza. Oyuğu olan, deşik, dəlik. Oyuqlu daş. // Koğuşu olan, koğuşlu. Oyuqlu ağac.
|
OYULMA (ID - 31888)“Oyulmaq” dan f.is.
|
OYULMAQ (ID - 31889)f. Oyuq əmələ gəlmək.
|
OYUN (ID - 31890)is. 1. Əylənmək və vaxt keçirmək üçün bir neçə adam (əsasən uşaq) arasında icra olunan müxtəlif növlü əyləncə, məşğələ. Qaçdı-tutdu oyunu. Gəlin-gəlin oyunu. - Belə maraqlı oyunlardan biri də xalq arasında kosaldıqaç...
|
OYUNBAZ (ID - 31891)is. 1. Gülməli oyunlar çıxarıb başqalarını güldürən adam; hoqqabaz, oyun çıxaran, masqaraçı. Adamlar özlərinə məzəli təlxək, oyunbaz, ya dəli düzəldib əylənir, meydançanı, bazarı yeni gülüşmə götürürdü. S.Rəhimov.
Keçmişdə... |
OYUNBAZXANA (ID - 31892)is. Keçmişdə ruhanilərin və mürtəcelərin teatra verdikləri təhqiramiz ad. [Qafar:] ..Səni teatra aparım? Oyunbazxanaya? S.S.Axundov.
|
OYUNBAZLIQ (ID - 31893)is. 1. Müxtəlif gülməli oyunlar göstərmə; hoqqabazlıq. Məclis arəstə, ortalıqda bir sandıqça, içi dolu ilan, ilanları göstərib dərvişlər başladılar oyunbazlığa. N.Vəzirov.
2. məc. Kələkbazlıq, fırıldaqçılıq, fəndgirlik.... |
OYUNCAQ (ID - 31894)is. 1. Uşaqların oynayıb əylənməsi üçün düzəldilmiş hər cür şey. Uşaq oyuncağı. Oyuncaq mağazası. - Sarı o biri otaqdan oyuncaqlarla əyləndirib saxladığı Çiçəyi buraxdı. S.Rəhimov. Səhər gün çıxandan gün batanadək...
|
OYUNÇU (ID - 31895)is. 1. Hər hansı oyunda iştirak edən adamlardan hər biri. Oyunçular sıraya düzüldülər. Məşqçinin oyunçulara göstərişi.
[Oğlan:] Rəhmətlik oğlu, sən .. oyunçu deyilsən, odunçusan. Ə.Haqverdiyev. Rəqs edən, rəqqas(ə). Oyunçu... |
OYUN-OYUNCAQ (ID - 31896)top. Müxtəlif oyuncaq(lar). Edison uşaqlıq vaxtını başqa uşaqlar kimi yalnız oyun-oyuncaq ilə keçirməmişdi. “Məktəb” . // bax oyuncaq 2-ci mənada. [Molla Güləndam mütəəlliməyə:] ..Mən sənin oyun-oyuncağın deyiləm ki, məni...
|
OZAN (ID - 31897)is. 1. qəd. El şairi, aşıq. [Elçin:] Bu cəngavər ozanın yarasını bağlayın tez! M.Hüseyn. Nə ozan var, nə yazan, nə şaman hey... Qoca Türkün düşdüyü dərdyaman hey... A.İldırım.
2. məc. Çoxdanışan, lağlağı, uzunçu,... |
OZANLAMA (ID - 31898)“Ozanlamaq” dan f.is.
|
Bu səhifə dəfə baxılıb