İzahlı lüğət

OYUNCAQ

is. 1. Uşaqların oynayıb əylənməsi üçün düzəldilmiş hər cür şey. Uşaq oyuncağı. Oyuncaq mağazası. - Sarı o biri otaqdan oyuncaqlarla əyləndirib saxladığı Çiçəyi buraxdı. S.Rəhimov. Səhər gün çıxandan gün batanadək uşaqlar oynar, ev tikər, palçıqdan oyuncaq düzəldərdilər. Q.İlkin. // məc. Oynamaq, əylənmək üçün obyekt olan hər bir şey. [Bəhram:] Saray olmuş bir oyuncaq; Meydan açır oğul-uşaq. A.Şaiq.
məc. Kor-koruna başqasının iradəsi ilə oturub-duran, öz müstəqil fikri olmayan adam haqqında. [Molla Güləndam mütəəlliməyə:] ..Mən sənin oyuncağın deyiləm ki, məni ələ salasan. Çəmənzəminli. □ Oyuncaq hökumət - başqa, daha güclü hökumət tərəfindən hakimiyyət başına gətirilən və ölkəni onun iradəsi ilə idarə edən hökumət.
□ Əlində oyuncaq etmək - b a x əl. Əlində oyuncaq olmaq - b ax əl.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OVA

OY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed