İzahlı lüğət

OLİMPİYA (ID - 31499)

[yun. ]: olimpiya oyunları qədim Yunanıstanda: Zevs adlı allahın şərəfinə Olimpiya yaxınlığında hər dörd ildən bir keçirilən ümumxalq oyunları, habelə idmanın bütün növləri üzrə keçirilən müasir beynəlxalq yarışlar.

OLİMPİYAÇI (ID - 31500)

is. Olimpiya yarışlarında iştirak edən idmançı. Olimpiyaçıların müvəffəqiyyətləri.

OLMA (ID - 31501)

“Olmaq” dan f.is. Havaların isti olmasına baxmayaraq, qalın ipək parça və məxmər paltar geymiş [xanım] .. kölgəyə çəkilmək istəmirdi. P.Makulu.

OLMAQ (ID - 31502)

1. Müstəqil feil kimi aşağıdakı mənalarda işlədilir: a) yaşamaq, sakin olmaq, ömür sürmək. Iki il Bakıda oldum. O, yataqxanada olur. Siz hansı küçədə olursunuz? - Mərcan xanım uzaqda olmurdu. T.Ş.Simurq; b) mövcud olmaq, var olmaq....

OLMALI (ID - 31503)

sif. Olması, həyata keçirilməsi, varlığı, iştirakı lazım sayılan, arzu edilən, istənilən. Bu gün işdə olmalısan.

OLMAYA (ID - 31504)

1. “Bəlkə” , “yoxsa” mənalarında ara söz. Olmaya, sən də bufikirdəsən. Olmaya, onun da könlündən keçir. - Olmaya, sən məni biiqrar sandın; Zarafat eylədim, ona inandın. M.P.Vaqif. [Hambal:] Məşədi, olmaya, oğurluğa gedirsən?...

OLMAZ (ID - 31505)

1. İmkan yoxdur, mümkün deyil. Qidasız yaşamaq olmaz. Razı olmamaq olmaz.
2. Icazə yoxdur, qadağandır, yaramaz. Icazəsiz içəri girmək olmaz. Metroda papiros çəkmək olmaz. // Yaxşı deyil, ayıbdır, qeyrimümkündür. Belə söz demək...

OLMAZIN (ID - 31506)

sif 1. Son dərəcə, həddən artıq, ölçüyəgəlməz, görünməmiş. Olmazın əziyyət. Olmazın ziyan. - Qazamat qulluqçuları Həcərə olmazın əziyyətlər verirlər. “Qaçaq Nəbi” . [Məsmə:] [Ərimi] xəstəxanaya yerləşdirmək...

OLSA-OLSA (ID - 31507)

ara s. Ancaq, ancaq-ancaq, ciddi qiymət verilərsə, ən çoxu. [frəngiz:] Olsa-olsa [Muxtar] səhv etmişdir, işin mahiyyətini başa düşməmişdir. B.Bayramov.

OLSUN (ID - 31508)

1. Yaxşı, razıyam, etirazım yoxdur. - Olsun, - deyə direktor gülümsündü.
2. “Ki” bağlayıcısı ilə: olsun ki... - ola bilsin ki..., ola bilər ki..., mümkündür ki..., yəqin, ehtimal ki..., bəlkə də... Olsun ki, o bu təklifi...

OLUB-KEÇƏN (ID - 31509)

is. Olmuş əhvalat, keçmiş məsələ, vaqiə, iş, hadisə. Olub-keçənləri yada salmaq. - ..Qadirlə əmisi.. olub-keçəni daha yaxşı başa düşürlərmiş kimi, gözlərini bir-birindən çəkmirdilər. Ə.Əbülhəsən. O vaxt olub-keçəni...

OLUB-KEÇMİŞ (ID - 31510)

sif. Olmuş, olub-bitmiş, baş vermiş, keçmiş. Olub-keçmiş əhvalat.
[Gülnaz] olub-keçmiş hadisələri xatırlamamaq üçün başqa şey haqqında fikirləşirdi. Q.İlkin.

OLUNMA (ID - 31511)

“Olunmaq” dan f.is.

OLUNMAQ (ID - 31512)

“Olmaq” dan məch. Idarə olunmaq. Azad olunmaq. Təşkil olunmaq. Təklifi olunmaq.

OLUŞ (ID - 31513)

is. Kürəkayaqlılar fəsiləsindən bədəni və qanadları ağ iri quş.

OM (ID - 31514)

[xüs. is.-dən] Elektrik müqaviməti vahidi.

OMAÇ (ID - 31515)

is. Su səpilmiş unun ovuntularından bişirilən duru xəmir xörəyi.

OMAR (ID - 31516)

is. Onurğasız dəniz heyvanı; onayaqlı xərçəng.

OMBA (ID - 31517)

is. anat. Qıçın çanaqdan dizə qədər olan hissəsi.

OMEQA (ID - 31518)

[yun. omeqa - böyük o] Yunan əlifbasının son hərfinin adı

OMLET (ID - 31519)

is. [fr.] Su və ya süddə çalınmış yumurta yeməyi; qayğanağın bir növü.

OMONİM (ID - 31520)

[yun. homo - eyni və onyma adlı] dilç. Eyni cür səslənən, lakin mənaca fərqlənən sözlərdən hər biri (məs.: alıcı müştəri və alıcı - ovçu quş).

OMONİMİKsifi (ID - 31521)

[yun.] dilç. Omonim olan. Omonimik sözlər.

OMONİMİKA (ID - 31522)

[yun. ] dilç. 1. Hər hansı bir dildəki omonimlərin məcmusu.
2. Leksikologiyanın omonimləri öyrənən bölməsi.

OMONİMİYA (ID - 31523)

[yun.] dilç. Mənaca müxtəlif olan sözlərin səslənmə cəhətdən bir-birinə uyğun gəlməsi.

ON (ID - 31524)

say. 1. Doqquzdan sonra gələn ədəd - 10.
2. On birdən on doqquza qədər mürəkkəb sayların birinci tərkib hissəsi.
on-on zərf Hər dəfə on dənə, hər adama on dənə, yaxud hər dəstədə on nəfər. On-on sıraya düzülmək.

ONALTILIQ (ID - 31525)

is. ədəb. Hər misrası on altı hecadan ibarət olan şeir ölçüsü.

ONATILAN, ONAÇILAN (ID - 31526)

is. dan. Xəzinəsi on patron tutan tüfəng və ya tapança. [Həcər xanım] onaçılan tapança götürər, kişi kimi gəzərdi. “Aşıq Ələsgər” . Onların yanında yağlı bir nağan; Onun da altında bir onaçılan. S.Vurğun. [Hacı:] Onatılana...

ONAYLIQ (ID - 31527)

sif 1. On ay üçün düzəldilmiş, on aylıq müddət nəzərdə tutulmuş, yaxud on ay ərzində olmuş. Onaylıq hesabat. Onaylıq kurs.
2. Yaşı on ay olan. Onaylıq uşaq.

ONBAŞI (ID - 31528)

is. 1. Fəhlə qrupuna başçılıq edən adam.
2. köhn. On nəfərə başçılıq edən əsgər; yefreytor.

ONBAŞILIQ (ID - 31529)

is. Onbaşı rütbəsi, vəzifəsi.

ONBEŞLİK (ID - 31530)

is. 1. ədəb. Hər misrası on beş hecadan ibarət olan şeir.
2. On beş nömrəli, on beş vahiddən ibarət (ölçü, ya şey). Onbeşlik lampa. Onbeşlik taxta.

ONBİRİLLİK (ID - 31531)

is. Təhsil müddəti on bir il davam edən, on bir il sürən məktəb. Onbirilliyi bitirmək. // Sif. mənasında. Onbirillik məktəb.

ONBİRLİK (ID - 31532)

is. ədəb. Hər misrası on bir hecadan ibarət olan şeir ölçüsü.

ONBUCAQ(LI) (ID - 31533)

1. is. On bucağı olan həndəsi cisim, onkünclü cisim.
2. sif On bucağı olan. Onbucaqlı fiqur.

ONCA (ID - 31534)

sif. Ancaq on, yalnız on. Onca qəpik pulum qalıb. // Bəzən təyin etdiyi sözə böyüdücülük çaları verir. Niyə xoşun gəlmir, onca manata almışam.

ONDA (ID - 31535)

zərf 1. İndi yox, o zaman, o vaxt. Gələrəm, onda danışarıq. - Bir xəlvət yer ola, əğyar olmaya; Onda söhbət edək ikimiz belə. M.P.Vaqif.
Elə isə, o halda, elədə. Onda düz demirsən. Onda görərsən.

ONDÖRDLÜK (ID - 31536)

is. ədəb. Hər misrası on dörd hecadan ibarət olan şeir ölçüsü.

ONGİRVƏNKƏLİK (ID - 31537)

sif köhn. On girvənkə ağırlığında olan. Ongirvənkəlik daş. // is. On girvənkə ağırlığında olan çəki daşı. Ongirvənkəliyi tərəzinin gözünə qoymaq.

ONGÜNLÜK (ID - 31538)

1. sif. On gün sürən, on gün davam edən, yaxud on gün vaxt tələb edən. Ongünlük möhlət. Ongünlük yol. Ongünlük iş. // On günə çatan, kifayət edən. Ongünlük azuqə. Ongünlük ehtiyat.
2. is. Bir şeyə həsr olunmuş on gün;...

ONİKİBARMAQ (ID - 31539)

onikibarmaq bağırsaq
anat. - nazik bağırsağın mədədən başlanan hissəsi (köndələninə on iki barmaq uzunluğunda olduğundan belə adlandırılmışdır).

ONİKİLİK (ID - 31540)

is. ədəb. Hər misrası on iki hecadan ibarət olan şeir ölçüsü.

ONİLLİK (ID - 31541)

sif. 1. On il sürən, on il müddətli, on il davam edən. Onillik xidmət. // On il müddətinə tərtib olunmuş, on ili nəzərdə tutan. Onillik plan.
Təhsil müddəti on il davam edən. Onillik məktəb. - [Rəhim:] Mən müharibədən əvvəl...

ONKOLOGİYA (ID - 31542)

[yun. onkos - kütlə, şiş və logos - elm] Tibbin, şişlərin əmələgəlmə səbəbini, inkişafını, klinik gedişini, müalicə və profılaktikasını öyrənməklə məşğul olan sahəsi.
f

ONKOLOJİ (ID - 31543)

sif [yun.] Onkologiyaya aid olan, onkologiya ilə əlaqədar olan. Onkoloji tədqiqat. Onkoloji institut.

ONKOLOQ (ID - 31544)

[yun.] Onkologiya mütəxəssisi, həkim.

ONKÜNC(LÜ) (ID - 31545)

bax onbucaq(lı).

ONQAT(LI) (ID - 31546)

sif. 1. On mərtəbə(li). Onqatlı ev. 2. Bir-birinin üzərində on lay olan. Onqatlı kordon.

ONQƏPİKLİK (ID - 31547)

sif. On qəpiyə dəyən, on qəpik qiymətində olan. Onqəpiklik marka. // is. İkişahılıq metal pul.

ONQRAMLIQ (ID - 31548)

is. On qram ağırlığında olan (daş və s.). Onqramlıq daş.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed