OZANLAMAQ (ID - 31899)f köhn. Uzunçuluq etmək, çərənçilik etmək.
|
OZANLIQ (ID - 31900)is. Ozanın işi, peşəsi; aşıqlıq.
|
OZON (ID - 31901)[yun. ozo - ətir saçıram] Oksigenin dəyişilmiş şəkli olub, qüvvətli oksidləşdirici və zərərsizləşdirici xassəyə malik qaz.
|
OZONATOR (ID - 31902)[yun.] Havanı ozonlaşdırmaq (təmizləmək) üçün cihaz.
|
OZONLAŞDIRMA (ID - 31903)“Ozonlaşdırmaq” dan f.is.
|
OZONLAŞDIRMAQ (ID - 31904)f 1. kim. Ozona çevirmək.
2. Ozonla təmizləmək. Suyu ozonlaşdırmaq. Havanı ozonlaşdırmaq. |
OZONLAŞMA (ID - 31905)“Ozonlaşmaq” dan f.is.
|
OZONLAŞMAQ (ID - 31906)f 1. kim. Ozona çevrilmək.
2. Ozonla təmizlənmək. |
Bu səhifə dəfə baxılıb