OTARILMA (ID - 31699)“Otarılmaq” dan f.is.
|
OTARILMAQ (ID - 31700)məch. Otlaqda heyvanlara ot yedirdilmək.
|
OTARMA (ID - 31701)“Otarmaq” dan f.is.
|
OTARMAQ (ID - 31702) |
OTARTMA (ID - 31703)“Otartmaq” dan f.is.
|
OTARTMAQ (ID - 31704)icb. Yerdə bitən otu, bitkini otlamasına imkan vermək və ya bu işi gördürmək. ..Qonşunun əkinini otardanlar manifestə düşür, düşmənin tayasına od vuranlar manifestə düşür. C.Məmmədquluzadə.
|
OTBİÇƏN (ID - 31705)is. Otbiçən maşın, alət. Otbiçəni təmir etmək. // Sif. mənasında. Ümid .. otbiçən maşının, kombaynın yan-yörəsinə dolandı. B.Bayramov.
|
OTÇALAN (ID - 31706)is. Otçalan maşın, alət; otbiçən. Otçalanı yoxlamaq. // Sif. mənasında. ..Kreditlə iki yüngül traktor, otçalan maşın və sairə aldım. M.İbrahimov.
|
OTDOĞRAYAN (ID - 31707)is. Biçilmiş otu doğrayıb xırdalandıran maşın, alət. // Sif. mənasında. Otdoğrayan maşın.
|
OTEL (ID - 31708)[fr.] Mehmanxana. Otel sahibi və onun dalısınca bir əcnəbi nömrəyə girdilər. S.M.Qənizadə. Restorandan aşağı Nemətin nəzərinə çarpan böyük bir otel oldu. Çəmənzəminli.
|
OTLAQ (ID - 31709)is. 1. Çoxlu ot bitən və mal-qara otarılan yer. Naxırı otlağa buraxmaq. - Inək, camış, qoyun, quzu çıxar naxırda otlağa; Köçər arandan el, gedər yavaş-yavaşca yaylağa. A.Səhhət. Otlaqdan geri dönüb; Gəlir kəndə quzular. M.Seyidzadə.
B... |
OTLAMA (ID - 31710)“Otlamaq” dan f.is. Quzuçuların həvəslə oynamaları, quzuların iştahla otlamaları Gülşada ləzzət verirdi. Ə.Vəliyev.
|
OTLAMAQ (ID - 31711)f Otlaqda ot yemək. Quzuları otlamağa aparmaq. - [Vəzir:] Hər yerdə sürüylə otlayır ceyran. A.Şaiq. Sürülər çöldə otlayırdı. M.İbrahimov.
|
OTLATMA (ID - 31712)“Otlatmaq” dan f.is.
|
OTLATMAQ (ID - 31713)b ax otarmaq. [Şeyx Mərdan:] O qadından qaçan böyük Sənan; Donuz otlatmaq üzrə oldu çoban. H.Cavid.
|
OTLU (ID - 31714)sif Ot olan, ot bitmiş. Otlu sahə. Otlu yer.
|
OTLUQ (ID - 31715)is. Çoxlu ot bitmiş yer; çəmən. Birdən otluqdan iki-üç qırqovul qalxdı. Çəmənzəminli. Ulaqları o tərəfdəki otluğa buraxıb gələn Yusif atasının yanında durdu. Ə.Abasov.
|
OTSUZ (ID - 31716)sif Ot bitməyən, ot olmayan; çılpaq. Otsuz düzənlik.
|
OTTARLALI (ID - 31717)sif k.t. Torpağın məhsuldarlığını bərpa etmək üçün tarlada vaxtaşırı ot əkməkdən ibarət əkin üsulu. Ottarlalı əkin növü.
|
OTTİSK (ID - 31718)is. [rus.] Çap olunmuş materialların ayrıca nüsxəsi; basmaca.
|
OTUXMA (ID - 31719)"Otuxmaq” dan f.is.
|
OTUXMAQ (ID - 31720)f məh. Ot yeməyə başlamaq (körpə otyeyən heyvanlar haqqında).
|
OTURACAQ (ID - 31721)is. 1. Oturulan yer, üstündə oturmaq üçün şey, üstündə oturula biləcək hər şey. Maşının oturacağı. - Divara söykənmiş oturacaqlarda oturduq. S.Rəhimov. Əlabbas tütün qutusunu oturacağa qoyub traktorun altına keçdi. H.Seyidbəyli....
|
OTURACAQLI (ID - 31722)sif. Oturacağı olan.
|
OTURAQ (ID - 31723)1. sif. Köçəri həyat keçirməyən, daim bir yerdə yaşayan (köçəri ziddi). Oturaq əhali. - Lakin Camal kəndə gəlmək və oturaq həyat keçirmək istəmirdi. M.S.Ordubadi. Çox vaxt oturaq zehniyyəti ilə köçəri zehniyyəti bir-biri ilə...
|
OTURAQLIQ (ID - 31724)is. Oturaq həyat sürmə, oturaq həyat tərzi (köçərilik ziddi).
|
OTURDULMA (ID - 31725)“Oturdulmaq” dan f.is.
|
OTURDULMAQ (ID - 31726)məch. Oturmağa məcbur edilmək, əyləşdirilmək.
|
OTURMA (ID - 31727)“Oturmaq” dan f.is.
|
OTURMAQ (ID - 31728)f. 1. Yanını bir yerə, ya oturacağa qoyub oturaq vəziyyət almaq, əyləşmək. Buyurun, oturun! - [Hacı Əhməd Almasa:] Heç, elə belə gəldik, baş çəkək. Oturmaq olar? Cabbarlı. Ruhnəvaz xanım ciddi baxışına heç də təğyir verməyərək...
|
OTURTMA (ID - 31729)“Oturtmaq” dan f.is.
|
OTURTMAQ (ID - 31730)icb. 1. Əyləşdirmək. Yanında oturtmaq. - Mənzilimdən sandalya alıb [gələnləri] münasib bir yerdə oturtdum. S.Hüseyn. Mədinə həmişəki kimin Vaqifi Topxanaya baxan bəzəklipəncərənin içində oturtdu. Çəmənzəminli. Səkinə gəlini...
|
OTURUB-DURMA (ID - 31731)1. “Oturub-durmaq’dan f.is.
2. Əlaqə, yoldaşlıq etmə, vaxtını bir yerdə keçirmə. |
OTURUB-DURMAQ (ID - 31732)f 1. Əlaqə saxlamaq, dostluq etmək, yoldaşlıq etmək. [Pəricahan xanım:] Mehdi ağanın nəvəsi Ağca xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq yaraşmaz. S.S.Axundov. [Balaş Sevilə:] ..Mən indi böyük cəmiyyət adamıyam,...
|
OTURUM (ID - 31733)is. Oturmaq işi, oturma.
|
OTURUŞ (ID - 31734)is. Oturma tərzi, oturma qaydası. Oturuşuna fikir vermək. - Oturuşu Şirin, duruşu Leyli; Həm özü, həm fikrü xəyali sərxoş! M.P.Vaqif. Gəldiyevin bu sakit oturuşu xiffət çəkən adamın oturuşuna oxşamır. Mir Cəlal.
|
OTURUŞMA (ID - 31735)“Oturuşmaq” dan f.is.
|
OTURUŞMAQ (ID - 31736)f 1. Hamı özünə yer tapıb oturmaq. Qonaqlar oturuşdular.
2. məc. Yaşa dolmaq, ahıllaşmaq, köhnəlmək, qartmaq. |
OTURUŞMUŞ (ID - 31737)sif. və is. dan. Yaşlı, ahıl, qartımış. Müəllim yaşca oturuşmuş adamdı. Ə.Vəliyev.
|
OTUZ (ID - 31738)say. İyirmi doqquzdan sonra gələn say - 30. Otuz manat. Otuz nəfər. - Altmış nisbi, otuz cüzi müttəsil; Doxsan min kəlmədə tamamı vardır. Aşıq Ələsgər.
|
OTUZCA (ID - 31739)say. Ancaq otuz, yalnız otuz. Otuzca manat pulum var. - [Mirzədadaş:] Hətta mən ondan otuzca manat cib xərcliyi alaram. N.Vəzirov.
|
OTUZGÜNLÜK (ID - 31740)sif Otuz gün sürən və ya sürmüş; biraylıq. Otuzgünlük ezamiyyət. // Otuz gün vaxt tələb edən; biraylıq. Otuzgünlük işimiz qalıb.
|
OTUZİLLİK (ID - 31741)sif. 1. Otuz il davam etmiş və ya edən. Otuzillikbir dövr. Otuzillik mübarizə. Otuz illiyə həsr olunmuş, otuz ilin tamam olması ilə əlaqədar olan. Otuzillik yubiley.
|
OTUZLUQ (ID - 31742)1. is. köhn. Üç onluqdan ibarət, otuz manat dəyərində olan kağız pul. Otuzluğu xırdalamaq. - [Poçtalyon:] Elə ki, şad xəbər gətirirəm, çıxarıb bir otuzluq ilə yola salırsınız. Mir Cəlal.
2. sif Bir şeyin dərəcəsini, nömrəsini,... |
OTUZMƏRTƏBƏ(Lİ) (ID - 31743)sif. Otuz mərtəbəsi olan. Otuzmərtəbəli bina.
|
OTUZUNCU (ID - 31744)“Otuz” dan sıra s. Otuzuncu sıra. Otuzuncu ev.
|
OTYEYƏN (ID - 31745)sif Otla qidalanan. Otyeyən heyvanlar.
|
OTYIĞAN (ID - 31746)is. Biçilmiş otu yığan maşın, alət və s. // Sif. mənasında. Otyığan maşın.
|
OV (ID - 31747)is. 1. Vəhşi heyvan, quş vurma və ya tutma, həmçinin balıq tutma işi. Ova getmək. Ov eləmək. Ovumuz uğurlu oldu. - Atam məni həmişə ova aparırdı. M.Rzaquluzadə. □ Ov heyvanı (quşu) - ov üçün heyvan (və ya quş), ovlanan (quş)....
|
OVA (ID - 31748)is. dan. Düzənlik, düzəngah, düzən yer; ovalıq. Bizimdir bu əngin, atlas ovalar; Qoynunda qartal bəsləyən qayalar. A.Şaiq. Çöldə traktorun səsi canlanır; Ovalar şənlənir, həyəcanlanır. S.Vurğun.
|
Bu səhifə dəfə baxılıb